Modern.az

Aleksandr Bondarevə ADU-nun dəvətli professoru adı verilib

Aleksandr Bondarevə ADU-nun dəvətli professoru adı verilib

Aktual

26 Oktyabr 2017, 12:23

Oktyabrın 25-də Moskva Dövlət Linqvistik Universitetinin (MDLU)  Ədəbiyyat kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarevə Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən universitetin dəvətli professoru adı verilib.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla uzun illərdir yaxından tanıdığı A.P.Bondarevin təhsil və elm sahəsində nailiyyətlərindən bəhs edib və iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində onun əhəmiyyətli rolunun olacağına inandığını söyləyib. Daha sonra rektor A.Bondarevə ADU-nun dəvətli professoru vəsiqəsini təqdim edib.

 

Öz növbəsində A.P.Bondarev ADU-da bir sıra görüşlərdə iştirak etdiyini və mühazirələr oxuduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, tələbələrlə ünsiyyətdən zövq aldığını və xoş təəssüratlar qazandığını deyib: “Mən oxuduğum mühazirələrdə tələbələrdə  kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud obrazının sevgisini gördüm. Mən özüm də uzun müddət davam edən araşdırmalar nəticəsində bu obrazı sevdim. Biz bu dünyaya sosial cəmiyyətdə yalnız insan olmaq üçün deyil, eyni zamanda Dədə Qorqud kimi mənəvi dəyərləri olan şəxs kimi formalaşmaq üçün gəlirik”. Daha sonra  A.P.Bondarev ADU rəhbərliyinə bu ada layiq görüldüyü üçün dərin minnətdarlığını bildirib və Moskva Dövlət Linqvistik Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında qarşılıqlı əməkdaşlıqdan hər iki universitetin faydalanacağına ümid etdiyini sözlərinə əlavə edib.

 

Həmin gün ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Müasir Rusiyanın ədəbiyyatı və mədəniyyəti”  adlı dəyirmi masa keçirilib. Universitetdə fəaliyyət göstərən fakültə və kafedraların əməkdaşlarının iştirak etdiyi  dəyirmi masada A.P.Bondarev qonaq olub. Öncə  Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev A.P.Bondarevi universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları, fakültələr və kafedralar haqqında məlumatlandırıb. O, gələcəkdə iki universitet arasında müəllim və tələbə mübadiləsinin artırılmasının professor-müəllim heyəti, eyni zamanda tələbələr üçün faydalı olacağını, onların Azərbaycan və Rusiyanı iqtisadi, mədəni və elmi sahələrdə daha dərindən tədqiq etmələri baxımından əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini də sözlərinə əlavə edib.

 

Daha sonra çıxış edən A.P.Bondarev bu günə kimi ADU-ya üç dəfə gəldiyini bildirib və hər dəfə Azərbaycanın təhsil sistemi, mədəni əlaqələri haqqında dünyagörüşünün artdığını dilə gətirib. O, universitetlərarası əməkdaşlığın gücləndirilməsində hər iki universitetin üzərinə böyük öhdəliyin düşdüyünü söyləyib və bu yöndə əməyini əsirgəməyəcəyini bildirib.

 

 

Sonda A.P.Bondarevə ADU-nun Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən xatirə hədiyyəsi verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü