Modern.az

Qafqaz Müsəlmanları İdarəsi: “Tiflisdəki nümayəndəmiz fəaliyyətini davam etdirəcək”

Qafqaz Müsəlmanları İdarəsi: “Tiflisdəki nümayəndəmiz fəaliyyətini davam etdirəcək”

Qarabağ

14 İyun 2011, 16:33

“Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstanda yerləşən nümayəndəliyi öz fəaliyyətini davam etdirəcək”. Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova  Gürcüstan Müsəlmanları İdarəsində şeyx və imam təyinatı ilə bağlı keçirilən seçkiləri Modern.az-a şərh edərkən bildirib.

QMİ sözçüsu bildirib ki, Gürcüstan Müsəlmənları Dini İdarəsinin yaradılması ənənəvi əlaqələrin qırılmasına yönəlib.

Lakin Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə bu məsələ ilə bağlı hər hansı bəyanat verməyəcək. “Bu barədə artıq QMİ sədri iclasda məsələyə münasibətini bildirib. Əlavə olaraq onu deyə bilərəm ki, Gürcüstanda başqa dinlərin də nümayəndəliyi var, onlar öz tarixi-dini mərkəzlərindən ayrılmır. Amma nədənsə Azərbaycan nümayəndəliyi ayrılır. Bu bir qədər müəmmalıdır. QMİ ənənəvi mərkəzdir. Gürcüstanda belə bir idarənin yaradılması ənənəvi əlaqələri qırmağa yönəlib”-deyə QMİ sözçüsü bildirib. Onun sözlərinə görə, başqa dinlərə qarşı belə bir münasibət göstərilməsə də, nədənsə yalnız azərbaycanlılara qarşı belə bir addım atılıb.  “Gürcüstan mustəqil dövlətdir, öz daxili siyasəti var, biz bunları başa düşürük. Onlar özləri elan ediblər ki, həmin idarə orda yaşayan müsəlmanların hüquqlarını müdafiə edən QHT-dir. Bunu Qafqaz Müsəlmmanları İdarəsi ilə müzakirə edib, həlli yolları tapmaq olardı”.  

Qeyd edək ki, Gürcüstanın Marneuli rayonunda yaşayan azərbaycanlılar da öz etirazlarını Gürcüstanın dövlət rəsmilərinə bildiriblər.

“Qeyrət” xalq hərəktının həmsədri Zumrüd Qurbanovun ANS-ə verdiyi məlumata görə, Gürcüstan müsəlmanları Qafqaz Müsəlmanları İdarəsini rəsmən tanıyır və onun nəzarətində dini ibadətlərini yerinə yetirmək istəyirlər.
“Ənənəvi olaraq Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi var. Hansı qeyri-hökümət təşkilatı yaradılır yaradılsın, hansı səviyyədə dəstəklənir dəstəkləsin, buna baxmayaraq bütün Gürcüstan müsəlmanları Qafqaz Müsəlmanları İdarəsini rəsmən tanıyır. Onun nəzarətində dini ibadətlərini yerinə yetirmək istəyirlər”.

Sədaqət Süleymanova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü