Modern.az

Səfərbərlik Xidməti yazı müsabiqəsi elan etdi

Səfərbərlik Xidməti yazı müsabiqəsi elan etdi

Aktual

2 Noyabr 2017, 09:02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Çağırır vətən” adlı yazı müsabiqəsi elan edib. Bu barədə Modern.az-a qurumdan məlumat verilib.

Müsabiqənin şərtləri:

1. Müsabiqəyə hər şagird yalnız bir yazı təqdim edə bilər.

2. Müsabiqəyə 2017-ci ilin noyabr ayının 1-dən 2017-ci ilin noyabr ayının 25-dək olan müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron poçt ünvanına təqdim olunmuş yazılar buraxılacaq.

3. Yazılar 5 min işarədən çox olmamalıdır.  

4. Təqdim olunan bütün yazılarda vətənpərvərlik ruhu yaradılmalı, gənc nəslin dövlətçilik ənənələrinə ehtiramı, qüdrətli ordu quruculuğu yolunda bilik və bacarıqlarını səfərbər edəcəyi əksini tapmalıdır.

5. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər.

6. Müsabiqə üçün yazılar 2017-ci ilin noyabr ayının 25-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı yer, oxuduğu ümumtəhsil məktəbi və sinfi) və əlaqə nömrələrini göstərməsi zəruridir.

Qaliblərin mükafatlandırılması:

I yer – Fotoaparat

II yer - Mobil telefon

III yer - Planşet

Həvəsləndirici mükafatlar (5 mükafat) - Qol saatı  

 

Müsabiqənin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları ilə təltif olunacaqlar.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası

Əlaqə telefonu:  493-06-52

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü