Modern.az

Rəsulzadənin nəvəsi Leyla xanımın məzarını ziyarətə gedəcək

Rəsulzadənin nəvəsi Leyla xanımın məzarını ziyarətə gedəcək

Aktual

19 Dekabr 2017, 14:18

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla xanımın (Vanda xanım) Türkiyədə tapılan məzarı bərpa edilib.

Jurnalist Könül Şamilqızının əməyi sayəsində bərpa edilən məzarla bağlı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Modern.az-a açıqlama verib.


R.Rəsulzadə məzarla bağlı dəqiqləşdirilmə aparılmasını gözlədiyini bildirib:


“Mən bundan əvvəlki açıqlamamda da dəqiqləşməni gözlədiyimi demişdim, məzarın Leyla xnaıma məxsus olmasına inanmıram deməmişdim. Artıq məzarın yeri sənədlərlə dəqiqləşdirildiyinə və bərpa edildiyinə görə, heç bir şübhəm qalmadı”.

 

O, yaxın vaxtlarda məzarı ziyarət edəcəyini vurğulayıb:

“Bu işdə əməyi olan Könül xanımla əlaqə yaratmamışam. Amma artıq hər şey bəllidir. Oradakı Kültür Dərnəyilə görüşəndə Könül xanımla da görüşəcəyəm. Sağ olsunlar”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü