Modern.az

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Aktual

20 Yanvar 2018, 10:48

“20 Yanvar faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Azərbaycanın igid övladları həmin gün sovet ordusu tərəfindən qətlə yetirildilər, amma bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov bildirib.

 

O deyib ki, hər il Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək müstəqillik uğrunda öz canlarını fəda etmiş insanlara hörmət və ehtiramlarını bildirirlər.

 

“Bu da bir daha göstərir ki, şəhidlərimiz unudulmur, onların xatirəsi daim qəlblərdə yaşayacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü