Modern.az

Vəkil olmaq istəyənlər martın 1-dən müsahibəyə dəvət olunacaq

Vəkil olmaq istəyənlər martın 1-dən müsahibəyə dəvət olunacaq

Aktual

9 Fevral 2018, 20:16

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkillər Kollegiyasından Modern.az-a verilən məlumata görə, iclası Vəkillər Kollegiyasının sədri Anar Bağırov açaraq qurumun cari fəaliyyəti barədə məlumat verib.

 

A.Bağırov daha sonra iclas iştirakçılarını sonuncu yazılı test imtahanın nəticələri barədə statistik məlumatlarla tanış edib. İmtahanın nəticələrini mübahisləndirən bir sıra şəxslərin Dövlət İmtahan Mərkəzində keçirilən apelliyası barədə məlumat verib.

 

Yığıncaqda 607 nəfər namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.

 

Sonra natiq növbəti - şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.

 

Daha sonra bir sıra şəxslərin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı