Modern.az

Növbəti Bakı Şopinq Festivalının TARİXİ

Növbəti Bakı Şopinq Festivalının TARİXİ

Aktual

7 Mart 2018, 13:44

Bakıda üçüncü dəfə təşkil olunacaq Şopinq Festivalının tarixi açıqlanıb.

 

Azərbaycan Konqreslər Bürosundan Modern.az-a verilən məlumata görə, növbəti ticarət festivalı mayın 1-dən 31-dək keçiriləcək. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək.

 

Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə, “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür.

 

Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı