Modern.az

Gilvar klubunun rəhbəri alpinistlərin axtarışından DANIŞDI: Hər yerə hətta təkrar baxılıb”

“Gilvar” klubunun rəhbəri alpinistlərin axtarışından DANIŞDI: “Hər yerə hətta təkrar baxılıb”

Aktual

11 Mart 2018, 11:19

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

 

“Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı Modern.az-a bildirib ki, axtarışlar nəticəsizdir:

 

“Hər yerə baxılıb. Hətta əvvəl axtarış aparılan yerlərə təkrar baxış keçirilib, amma onların heç bir izinə də rast gəlinməyib”.

 

Z.Qasımlı deyib ki, axtarışlar növbəli şəkildə davam etdirilir:

“8 gündən 1 növbə dəyişilir. Çünki çətin və soyuq hava şəraitdə davamlı işləmək olmaz. Buna görə də axtarışlar növbəli şəkildə aparılır. Rəsmilərin sözlərinə görə, axtarışlar onlar tapılanadək davam etdiriləcək”. 

 

23 dekabrda 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Fövqəaldə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumat aidiyyəti qurumlara ötürülüb.

 

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı