Modern.az

Müəllimlər arasında idman yarışları keçirilir

Müəllimlər arasında idman yarışları keçirilir

Aktual

9 Aprel 2018, 17:06

Paytaxt məktəblərinin müəllimləri arasında idmanın voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis növləri üzrə yarışlar keçirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən yarışların əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir. Eyni zamanda, 2018-ci ilin iyul ayında Bolqarıstanda müəllimlərin VII beynəlxalq idman yarışlarında iştirak edəcək komandaların müəyyən edilməsi də bu yarışların hədəfləri sırasındadır.

 

Yarışlar iki mərhələdən ibarətdir. Bakı şəhərinin rayonlarında ümumi təhsil müəssisələrinin komandaları arasında keçirilən I mərhələ aprelin 10-da başa çatır. I mərhələdə hər rayon üzrə qalib gələn komandalar 15-25 aprel tarixlərində keçiriləcək II mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Yarışların II mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarından ibarət komandaların da təmsil olunması nəzərdə tutulur.

 

Qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü