Modern.az

İki güləşçimiz finala vəsiqə qaandı - AÇ-2018

İki güləşçimiz finala vəsiqə qaandı - AÇ-2018

Aktual

4 May 2018, 20:33

Azərbaycanın 2 sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

 

Modern.az-ın  məlumatına görə, bunlar Georgi Edişeraşvili və Hacı Əliyevdir.  57 kq çəki dərəcəsində mübarizə aparan Edişeraşvili finala gedən yolda belaruslu Vladislav Andreyeunu məğlub edib. Əliyev isə sloveniyalı David Habatı üstələyib. Hər iki güləşçi finalda Rusiya təmsilçiləri ilə üz-üzə gələcək. Hacı Əliyev İlyas Bekbulatovla, Georgi Edişeraşvili isə Zavur Uguievlə qarşılaşacaq. Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97) isə yarımfinal mərhələsində məğlub olaraq bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb.  Final görüşləri sabah keçiriləcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı