Modern.az

Prezident iki məşhurun oğlu ilə bağlı SƏRƏNCAM VERİB

Prezident iki məşhurun oğlu ilə bağlı SƏRƏNCAM VERİB

29 May 2018, 17:53

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Modern.az-ın məlumatına görə, mayın 27-də imzalanmış bu sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adı verilənlər sırasında iki məşhur simanın oğlu da var. Bu məqam nədənsə medianın diqqətini cəlb etməyib.


Belə ki,“Xalq artisti” fəxri adına layiq görülən Cəmil Əmirov görkəmli bəstəkar Fikrət Əmirovun oğludur. Cəmil Əmirov bəstəkar və cazmendir. 61 yaşlı cazmen müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib. 

 
“Xalq artisti” adı alan digər məşhurun oğlu Fərəc Qarayevdir. O, dünya şöhrətli bəstəkar Qara Qarayevin oğludur. F.Qarayev də bəstəkardır. 75 yaşlı Fərəc Qarayev 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır. Onun musiqiləri MDB, Аvrоpa, Cənubi Аmеrika ölkələri, АBŞ, Yapоniyada kеçirilən müхtəlif fеstival və kоnsеrtlərdə ifa оlunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir