Modern.az

“General”ın süqutu – Armen İsaqulov

“General”ın süqutu – Armen İsaqulov

13 İyun 2018, 00:47

Xankəndi şəhərində, bütövlükdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlılar bu simanı yaxşı tanıyırlar. Bakıda anadan olan, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən, Azərbaycanın və azərbaycanlıların hesabına mövcud dövr üçün olduqca zəngin və fərqli bir həyat yaşayan Armen İsaqulov uzun illər vilayət prokuroru, vilayət daxili işlər idarəsinin rəisi vəzifəsində çalışıb. Məlum Qarabağ hadisələrinin ən fəal üzvlərindən biri olub. Vəzifəsinin gücü hesabına o, Xankəndində yaşayan sıravi ermənilərdən tutmuş məmurlara qədər bütün erməniləri məcburi şəkildə hadisələrə və şəhərin azərbaycanlı sakinlərinə qarşı təzyiq göstərməyə cəlb edib. Armen İsaqulov hətta vilayətin o zamankı birinci katibi Boris Gevorkovu da öz təsiri altına salmağı bacarıb.

 

Erməni millətçilərinə göstərdiyi sədaqətə görə “general” rütbəsi ilə mükafatlandırılan İsaqulov sonrakı fəaliyyətində də qondarma “Dağlıq Qarabağ Respublikası”nın əsas fiqurlarından biri olub, dünənə qədər “DQP-in prezidenti Bako Saakyan”ın müşaviri kürsüsündə əyləşib. Ermənistanda siyasi vəziyyət dəyişdikdən sonra Armen İsaqulov bu gün vəzifəsindən kənarlaşdırılıb. Hazırda nə Qarabağda, nə də Ermənistanda qərarlaşmağı mümkün olmayan İsaqulovun əsl yeri müttəhimlər kürsüsüdür. Yüzlərlə cinayətin müəllifi olan Armen İsaqulov ən ağır çəzaya məhkum olunmalıdır. Və yəqin ki, zaman bizlərə bu məhkəmə prosesinə şahidlik etmək imkanını verəcək...

 

P.S. Yaxın günlərdə Armen İsaqulovun Dağlıq Qarabağdakı “gərgin fəaliyyəti” ilə bağlı geniş yazını təqdim edəcəyik.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır