Arxiv
13 İyun 2018, 15:50 | AKTUAL
Binəqədidə Qurtuluş günü ilə bağlı tədbir keçirilib

12 iyun tarixində Binəqədi Rayonunda Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan xalqının Milli Qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında  “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev,  Millət vəkilləri Eldar İbrahimov, Kamaləddin Qafarov,  Madər Musayev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini  İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, BRİH başçısının müavinləri,  BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və s. iştirak edib.

 

Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirildi və festival “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

 

Tədbirin bədii hissəsindən  sonra çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini  İntiqam Babayevə verildi. İntiqam Babayev Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişmişdiyini bildirdi. Natiq bugünkü Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırladığını qeyd etdi.

 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdən Elxan Allahverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd etdi. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu dedi.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47