Modern.az

Məhkəmə hakimlərinin qiymətləndirilməsində YENİLİK  

Məhkəmə hakimlərinin qiymətləndirilməsində YENİLİK   

Aktual

27 İyun 2018, 15:53

Azərbaycanda 3 və 5 ildən bir hakimlərin qiymətləndirilməsi aparılacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə görə, qanunun 13-cü maddəsinin  (Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi) 13.1-ci bəndi aşağıdakı yeni  redaksiyada verilir

Yeni redaksiyada verilir: İlk dəfə 3 il müddətinə  təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti isə beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir.

Hazırki qanunvericiliyə görə isə hakimlərin fəaliyyəti beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir.

 

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı