Arxiv
21 Avqust 2018, 20:14 | AKTUAL
Dövlət Yol Polisindən XƏBƏRDARLIQ

Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində ardıcıl və sistemli olaraq tədbirlərin təşkili və icraya yönəldilməsi Dövlət Yol Polisinin diqqət mərkəzindədir. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik Vaqif Əsədovun Modern.az-a verdiyi məlumata görə, paytaxt sakinləri, eləcə də ayrı-ayırı mətbu orqanlarda, sosial şəbəkələrdə yol hərəkətinin tənzimlənməsi, baş verə biləcək qəzaların qarşısının alınması, insanların həyat və sağlamlığının yol qəzalarından qorunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı müraciətlər tərəfimizdən tədqiq olunur. Müzakirəyə çıxarılan hallar Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin müvafiq şöbələrində təhlil edilir. Daxil olan müraciətlər sırasında, xüsusilə yük avtomobillərinin paytaxt yollarında hərəkəti ilə bağlı qaldırılan məsələlər nəzərdən keçirilib.

 

Yük avtomobillərinin paytaxt yollarında hərəkəti müvafiq qərar və qərara edilən dəyişikliklər əsasında müəyyən olunub. İlk baxışdan yük avtomobilllərinin hərəkəti ilə bağlı “irad”-ları, subyektiv fikirləri mətbuatın, sosial şəbəkələrin dövriyyəsinə verməzdən əvvəl nəzərə alınmalıdır ki, həmin yük avtomobilləri xüsusi təyinatlı, qəza-bərpa və xilasedici, kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətinə istisnasız olaraq, icazə verilir.

 

Yük avtomobillərinin “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixi qərarı əsasında, 09 mart 2016-cı il əlavə dəyişikliklərinə uyğun hərəkəti təmin olunur.

 

Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılır. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edililir.

 

Qeyd edilənləri nəzərə alaraq, hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda şəxsi maraqlarını yox, bütün cəmiyyətimiz üçün adi həyat norması olan qanunlara ehtiramla yanaşmalıdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28 İsrailin xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır   19 İyun 2019, 16:17 Türkiyəli jurnalistlər Mətbuat Şurasına getdilər 19 İyun 2019, 16:08 Artilleriya hərbi hissələrinin komandir toplanışı keçirilib 19 İyun 2019, 16:03 Gözmuncuğu, at nalı… - İnsanların əşyalarla bağlı İNANCLARI 19 İyun 2019, 16:03 Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ 19 İyun 2019, 15:51 185 və 194 nömrəli marşrut xəttində DƏYİŞİKLİK 19 İyun 2019, 15:40 “Azərsu” Bakıda su təchizatını yaxşılaşdırır 19 İyun 2019, 15:31 Malaziya təyyarəsini vurmaqda şübhəli bilinən 4 nəfər axtarışa verildi 19 İyun 2019, 15:28 Ankara ilə Vaşinqtonun S-400 SAVAŞI - Ərdoğan geri addım atmayacaq 19 İyun 2019, 15:16 Deputat silah təmizləyərkən özünü güllələdi 19 İyun 2019, 15:07 Energetika Nazirliyi Yaponiya şirkəti ilə memorandum imzalayıb 19 İyun 2019, 15:04 Hərbi çağırışçılara xəbər var: iyunun 26-dan sonra hara düşdüyünü öyrənəcək 19 İyun 2019, 14:59 Deputat Elşad Həsənov seçicilərini qəbul etdi 19 İyun 2019, 14:50 “Qobu Park”da qaçqınlarla bağlı festival keçirildi   19 İyun 2019, 14:45 Mətbuat Şurası daha bir saytı “qara siyahı”ya saldı 19 İyun 2019, 14:41 “İndi sözüm vaxtilə iqtidarda olanlaradır” - Əli Əhmədovdan müxalifətə İTTİHAM 19 İyun 2019, 14:39 İmzanı Azercell ilə tanıt! 19 İyun 2019, 14:22 Elçibəy ailəsinə verilən eks-prezident müavinəti KƏSİLƏCƏK - EKSKLÜZİV 19 İyun 2019, 14:21 Trampın köməkçisi Elmar Məmədyarovla Qarabağı müzakirə edəcək 19 İyun 2019, 14:16 “University Foundation Center”də buraxılış gecəsi - VİDEO 19 İyun 2019, 14:15 Dünyada qaçqınların sayı 20 ilin rekordunu YENİLƏDİ 19 İyun 2019, 14:00 Separatçı qurumların Gürcüstana qarşı gizli və məkrli planları 19 İyun 2019, 13:58 Sevinc Fətəliyeva: “Özəl sektorda çalışan 350 min vətəndaş…” 19 İyun 2019, 13:53 Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlandı 19 İyun 2019, 13:49 Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər 19 İyun 2019, 13:16 Karqo şirkətləri qaydalara nə dərəcədə əməl edirlər? 19 İyun 2019, 13:00