Arxiv
21 Avqust 2018, 22:17 | AKTUAL
AFFA-dan Qarabağda Avropa çempionatının keçirilməsinə etiraz  

Məlum olduğu kimi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində tanınmayan dövlətlər arasında futbol üzrə Avropa çempionatı keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə qərar Müstəqil Futbol Federasiyaları Konfederasiyası (CONIFA) tərəfindən qəbul edilib.

Qondarma turnir 2019-cu ilin iyun ayında Qarabağda - Xankəndində baş tutacaq.

Məlumata görə, AFFA artıq bununla bağlı öz sərt etirazını bildirib.

Etiraz bəyanatında deyilir: «2013-cü ildə İsveçdə təsis olunan CONIFA FIFA üzvü olmayan federasiyaların iştirakı ilə müəyyən turnirlər təşkil edən təşkilatdır. CONIFA ilk dünya çempionatını 2014-cü ildə təşkil etmiş və qondarma “Dağlıq Qarabağ” yığma komandası həmin turnirdə iştirak etmişdi.

AFFA həmin dövrdə dərhal məsələyə reaksiya vermiş, FIFA və UEFA-ya, həmçinin CONIFA-nın mənzil-qərargahının yerləşdiyi və turnirin təşkil olunduğu İsveçin Futbol Federasiyasına etiraz məktubları ünvanlamışdı.

CONIFA-nın tərkibinə beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma respublikalar, müəyyən dövlətlərin ərazisindəki müstəqillik iddiası olmayan ərazilər, müxtəlif diasporaların yığma komandaları daxildir.

AFFA 2019-cu ildə CONIFA-nın təşkilatçılığı ilə qondarma Dağlıq Qarabağ Respublikasında keçirilməsi planlaşdırılan Avropa çempionatı ilə bağlı özünün səlahiyyəti çərçivəsində olan bütün hüquqi prosedurların yerinə yetirilməsini təmin edəcək, bununla bağlı FIFA və UEFA-ya müvafiq müraciətlər göndəriləcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq, işğal altındakı Azərbaycan torpaqlarında - qondarma Dağlıq Qarabağ Respublikasının ərazisində CONIFA-nın təşkilatçılığı ilə keçiriləcəyi bildirilən Avropa çempionatını qəti şəkildə pisləyirik».

Bir daha qeyd edək ki, 2014-cü ildə FİFA üzvlüyünə daxil olmayan qurumlar arasında İsveçdə keçirilən ilk dünya çempionatında erməni separatçıları iştirak ediblər və keçirdikləri iki matçda məğlub olublar. Həmin vaxt AFFA belə bir komandanın Dağlıq Qarabağ adından iştirak etməsinə görə FİFA, UEFA, CONIFA və İsveç Futbol Federasiyasına şikayət etmiş və bu üzdən ikinci və üçüncü dünya çempionatlarında ermənilər “Artsax” yox, Qərbi Ermənistan adı ilə çıxış etməli olmuşdular.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43