Arxiv
20 Sentyabr 2018, 19:02 | AKTUAL
Azərbaycanda 835 dini qurum qeydiyyatdan keçib

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)sədri Mübariz Qurbanlı Avropa İttifaqının Cənubi Qafqaz Nümayəndəliyinin rəhbəri Səccad Kərimi qəbul edib.


Modern.az xəbər verir ki, Mübariz Qurbanlı DQİDK-nın fəaliyyət istiqamətləri, mövcud dövlət-din münasibətləri, dini konfessiyaların fəaliyyəti  haqqında qonaqlara ətraflı məlumat verərək ölkəmizdə hökm sürən  tolerant və mültikultural mühit barədə danışıb. Bildirib ki, Azərbaycanda 835 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam təmayüllüdür. Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün dünyada, xüsusən Yaxın Şərqdə dinlər və məzhəblərarası münaqişələr yaşansa da, Azərbaycanda tarixən heç vaxt bu cür hallar müşayət olunmayıb. Dini və etnik tolerantlığa, dinlərarası və mədəniyyətlərarası dialoqa aid məsələlər Azərbaycanda çox fəal şəkildə müzakirə olunur və Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün konfessiyalara dövlət tərəfindən daim maddi və mənəvi dəstək göstərilir, dini ibadət yerləri təmir olunur, yeniləri tikilir.


Avropa İttifaqının Cənubi Qafqaz Nümayəndəliyinin rəhbəri Səccad Kərim səmimi qəbul üçün minnətdarlıq edərək, ölkəmizin bütün sahələrdə dinamik inkişafını, Azərbaycanda olan dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə yürütdüyü siyasəti yüksək qiymətləndirib. Bildirib ki, dünyəvi Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə diqqət və qayğı ilə yanaşır. Bu cür birgəyaşayış modeli bir çox dünya ölkələri üçün nümunə ola bilər.  Eyni zamanda Səccad Kərim Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələri yüksək dəyərləndirərək, bütün sahələr üzrə yüksək səviyyəli əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu ifadə edib.


Həmçinin, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, din sahəsi ilə bağlı məsələlər müxtəlif aspektlərdə müzakirə edilib. Qeyd olunub ki,  bu sahə üzrə müzakirələrin davam etdirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlıq üçün bir zəmin ola bilər. Eyni zamanda cari ilin dekabr ayında keçirilməsi planlaşdırılan beynəlxalq konfrasa hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.


Görüşün sonunda Mübariz Qurbanlı qonaqlara Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edib.
Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas və DQİDK sədrinin müavini Səyavuş Heydərov iştirak ediblər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36