Modern.az

Qanunsuz ov edən saxlanıldı 

Qanunsuz ov edən saxlanıldı 

Aktual

21 Sentyabr 2018, 17:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları icazəsiz ov edən daha bir nəfəri yaxalayıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub.

Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü