Modern.az

Türkiyədə "Google" milyon dollar cərimələndi

Türkiyədə "Google" milyon dollar cərimələndi

Aktual

22 Sentyabr 2018, 16:25

Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.

 

Modern.az-ın məlumatına görə, bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.

 

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabətqabiliyyətliliyi bərpa etmək tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü