Arxiv
26 Sentyabr 2018, 09:33 | AKTUAL
Dəyəri milyonlarla olan əmlaklar “Azərsu”ya verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalı artırılıb.

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazirin birinci müavini Yaqub Eyyubov qərar imzalayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4-cü (Cəmiyyətin nizamnamə kapitalı və əmlakı) maddəsində qeyd olunub ki, Cəmiyyətin nizamnamə kapitalı 400 milyon manatdır. Dəyişikliklkə bu məbləğ 408 749 120 manata çatdırılıb.

Sənədə əsasən, Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən bir ısra dövlət əmlakları həmin Cəmiyyətin balansına verilməklə onun nizamnamə kapitalına yönəldilib. Həmin dövlət əmlakları bunlardır:

1. “Novxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 4 000 000 manat olan 13,6 km uzunluğunda magistral su xətti və 7,2 km uzunluğunda kanalizasiya kollektoru,

2. “Zığ – Yeni Suraxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolboyu su təchizatı sistemlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 330 620 manat olan 6,7 km uzunluğunda magistral su xətti,

3. “Qobu qəsəbəsində 1008 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 500 000 manat olan 4,95 km uzunluğunda magistral su xətti və 5,7 km uzunluğunda kanalizasiya kollektoru,

4. “Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar su təchizatı sisteminin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 1 110 000 manat olan 5,5 km uzunluğunda magistral su xətti,

5. “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal Paşayev küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 320 000 manat olan 2,5 km uzunluğunda magistral su xətti,

6. “Bakı şəhəri, Təbriz küçəsinin yenidən qurulması ilə əlaqədar su xətlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 375 000 manat olan 4,6 km uzunluğunda magistral su xətti,

7. “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsinin yenidən qurulması ilə əlaqədar su kəmərlərinin inşası” layihəsi çərçivəsində tikilmiş, dəyəri 113 500 manat olan 1,1 km uzunluğunda magistral su xətti.

İndiyədək cəmiyyətin nizamnamə kapitalı onun səhmdarları tərəfindən əldə edilmiş səhmlərin nominal dəyərindən təşkil olunmuşdu (nizamnamə kapitalı nominal dəyəri 20 manat olan 20000000 ədəd adi səhmlərdən ibarətdir). Qərarla səhmlərin sayı da artırılaraq 20 437 456 ədədə çatdırılıb.

Cəmiyyətin nizamnamə kapitalına qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Bu zaman pul olmayan əmlakın dəyəri səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyən edilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42