Modern.az

Deputat: “Nardaranlılar pulu ödəmir, ona görə də işıqları kəsılib”

Deputat: “Nardaranlılar pulu ödəmir, ona görə də işıqları kəsılib”

15 Oktyabr 2011, 10:38

Nardaranlıların elektrik enerjisi yenidən kəsilib.

Kənd sakinləri məsləylə bağlı etirazlarını müxtəlif şəkildə bildirməkdə davam edirlər.

Modern.az məsələylə bağlı nardaranlıların Milli Məclisdəki təmsilçisi, deputat Eldar Quliyevlə əlaqə saxlayıb.

Deputat deyib ki, dəfələrlə məsələnin həlli üçün cəhdlər göstərib: “Hətta kənddən 4-5 nəfər ağsaqqalla birlikdə “Bakıelektrikşəbəkə”nin  rəhbərliyilə görüşdük. Razılıq əldə olundu ki, kənd sakinləri hissə-hissə 2011-ci ilin işıq pullarını ödəyəcəklər. “Bakıelektrikşəbəkə” anlaşmaya uyğun olaraq kəndə elektrik enerjisinin verilməsini bərpa etdi. Ancaq sakinlər bu günə qədər cəmi 9 min manat ödəyiblər. Heç olmasa ümumi borcun 30 faizini ödəmirlər. Artıq mənim “Bakıelektrikşəbəkə”yə deməyə sözüm qalmayıb”.

Millət vəkili onu da deyib ki, işıqpulunu ödəyənlərin elektrik enerjisi kəsilməyib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır