Arxiv
20 Oktyabr 2018, 22:29 | AKTUAL
Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

Serbiyanın Smederovo şəhərində keçirilən 49-cu “Semederovo Poeziya Payızı” beynəlxalq festivalında Azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəqani Həbiboğlu (Verdiyev) “Smederevo Qızıl Açarı” mükafatına layiq görülüb. Azərbaycanın Serbiya Respublikasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, onun şeirləri festivalın təşkilatçıları tərəfindən serb dilinə tərcümə edilərək “Görüş” adı ilə iki dildə (Azərbaycan və serb dillərində) nəşr etdirilib. Şairin şeirləri, həmçinin, serb dilində nəşr edilmiş poeziya almanaxında da yer alıb.

1970-ci ildə əsası qoyulan və hər il təşkil olunan bu nüfuzlu festival, bütün dünya ölkələrini təmsil edən şairlərin görüş yeri kimi də məşhurdur. Festivalın təşkilatçıları tərəfindən təsis edilmiş və ədəbiyyat sahəsində ən nüfuzlu mükafat kimi tanınan “Smederevo Qızıl Açarı”-na hər il  bir nəfər şair  layiq görülür. Nüfuzlu ədəbiyyatçılardan təşkil olunan münsiflər heyəti uzun və zəhmət tələb edən araşdırmalardan  sonra  festivala təqdim edilmiş  çoxsaylı namizədlər arasından gizli səsvermə yolu ilə qalibi  müəyyən edirlər. İndiyə qədər qalib olmuş şairlər arasında Avstriya, Fransa, İspaniya, Çin, Yunanıstan, Rusiya, Almaniya, Norveç, Zimbabve, Argentina və digər ölkələrinin sevilib seçilən şairləri yer alır.

17 oktyabr tarixində baş tutan “Smederevo Qızıl Açarı” mükafatının təqdimetmə mərasimindən öncə, Smederevo şəhərinin meri xanım Yasnu Avramoviç, festivalın direktoru cənab Qoran Corceviç, Azərbaycanın Serbiya Respublikasındakı səfiri cənab Eldar Həsənov və ictimaiyyət nümayəndələri festival çərçivəsində fəaliyyət göstərən “Azərbaycan - Odlar Yurdu” adlı foto sərginin açılış mərasimində iştirak ediblər. Sərgidə Azərbaycanın təbiəti, memarlıq abidələri, tarixi dəyərləri və müasir inkişafını özündə əks etdirən fotoşəkillər nümayiş etdirilmiş və bu nümunələr festival iştirakçıları və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra qonaqlar mükafatın  təqdimetmə mərasiminə dəvət edilib. Tədbiri açıq elan edən, Serbiya Yazıçılar Birliyinin sədri Radomir Andriç, mədəniyyət, incəsənət və poeziyaya bağlı olan serb xalqının artıq 49-cu ildir ki, “Smederevo Poeziya Payızı” beynəlxaq festivalının Serbiyanın XV əsrdə paytaxtı olmuş bu  qədim şəhərdə keçirilməsinin təsadüfi olmadığını qeyd etdi.

Azərbaycan və Serbiya arasında mövcud, yüksək səviyyəli mədəni əlaqələrdən danışan R.Andriç, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Serbiyaya səfərinin xoş xatirələrlə yadda qaldığını diqqətə çatdırdı.

Sonra çıxış edən festivalın direktoru Q.Corceviç festival tarixində ilk dəfə olaraq  şəhərin rəmzi açarı sayılan “Smederevo Qızıl Açarı” mükafatını Azərbaycanlı şairə təqdim etməkdən, onun şeirlərinin Azərbaycan və serb dillərində nəşr edilməsindən məmnunluq hissi keçirdiyini və bu əlamətdar hadisənin Serbiya və Azərbaycan xalqları arasında dostluğa, mədəniyyətlərarası inkişafa öz töhfəsini verəcəyinə əminliyini ifadə edərək, mükafatı şair Xəqani Həbiboğluya təqdim etdi.

Festivalın qalibi X.Həbiboğlu festivalın təşkilatçıları, münsiflər heyəti və serb oxucularına şeirlərinə verdikləri yüksək qiymətə görə öz dərin təşəkkürlərini bildirib və şəhərin rəmzi qızıl açarının ona etibar edilməsindən şərəf duyduğunu dilə gətirib. Azərbaycanın işğal olunan Qarabağ bölgəsində doğulduğunu xüsusi diqqətə çatdıran şair “bütün dünyada şəhərlərin açarları şairlərə etibar edilsəydi, dünyada daima sülh və əminamanlıq olardı”,- deyə çıxışına davam edib. Şair xüsusi məmnunluq hissi ilə Azərbaycan ədəbiyyatı, incəsənəti və ümumən mədəniyyətinə verilən töhfə kimi Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin gördüyü işləri vurğulanıb.

Çıxışından sonra X.Həbiboğlunun yeni kitabından bir neçə şeir Azərbaycan və serb dillərində oxunub. Onun şeirləri iştirakçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edən Səfir Eldar Həsənov ədəbiyyat aləmində xüsusi yeri olan bu festivalın yüksək səviyyədə təşkil edildiyini, əsas mükafata həmvətəninin, Azərbaycanın təsirli və axarlı poeziya ənənəsinə malik olan bir ölkənin, nüfuzlu və müasir şairlərindən biri olan Xəqani Həbiboğlunun layiq görülməsindən qürur duyduğunu və belə mədəni, ədəbi  tədbirlərin mədəniyyət sahəsində Azərbaycan və Serbiya, həmçinin festival iştirakçısı olan digər ölkələrlə əlaqələrinin daha da canlanmasına öz töhfəsini verəcəyindən əmin olduğunu bildirdi. Dünya ədəbiyyatına və mədəniyyətinə öz töhvələrini vermiş poeziya sənətimizin Füzuli, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi ölməz korifeylərinin yüksək sənətkarlıqla yazılmış əsərlərinin sonrakı dövrlərdə müasir şairlərimizin ilham qaynağı olduğunu, həmçinin serb şairləri Petar Neqoş, Branko Radiçeviç, Yovan Zmay, Aleksa Şantiç, Yovan Duçiç, Milan Pakiçin yaradıcılığının da əhəmiyyətli rol oynadığını söylədi. Azərbaycan və Serbiya arasında münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələrin genişləndiyini, habelə ölkəmizin dəstəyi ilə Serbiyada həyata keçirilən humanitar layihələrdən bəhs etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ədəbiyyatımıza, tariximizə, mənəvi irsimizə göstərilən qayğı və diqqəti vurğulayan Səfir, ölkə başçısının imzaladığı sərəncamlarla son illərdə onlarla görkəmli şair və yazıçının yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini, onların bir çoxuna hər il Prezident təqaüdünün verildiyini  bildirib. Qonaqlar arasında həmçinin Serbiyanın sevilən və dəyər verilən yazıçısı Milorad Paviçin “Xəzər Lüğəti” adlı kitabını ana dilimizə tərcümə edən, Azərbaycanın Əməkdar jurnalisti, tərcüməçi-publisist Əlövsət Ağalarovun da olduğunu xüsusi diqqətə çatdıran Səfir, iki ölkə arasında qarşılıqlı dostluq münasibətlərinin inkişafında mədəniyyət nümayəndələrinin əvəzsiz rolu olduğunu qeyd etdi.

Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Serb Dili və Mədəniyyəti mərkəzi haqqında məlumat verərək, bu ildən mərkəzdə serb dilinin tədris edildiyini və bunun tələbələr tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdırdı. Mədəniyyət, incəsənət və poeziyanın xalqları birləşdirən bir körpü olduğunu deyən Səfir, festivala və təşkilatçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Festival çərçivəsində Xəqani Həbiboğlu Smederevo şəhərinin texniki məktəbinin qonağı olmuş və şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın tarixi və mədəniyyəti haqda geniş məlumat verib.

Xəqani Həbiboğlu həmçinin Serbiya Respublikasının Mədəniyyət və İnformasiya naziri cənab Vladan Vukosavlyeviç tərəfindən qəbul edilmişdir. “Smederevo Qızıl Açarı” mükafatına layiq görülməsi və Serbiyada kitabının nəşr edilməsi münasibətilə X.Həbiboğlunu təbrik edən   nazir hər iki xalqın zəngin mədəniyyətindən bəhs etmiş, qarşılıqlı layihələrin millətlər arasındakı çoxəsrlik mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Ədəbi proseslərin öyrənilməsi baxımından bədii tərcümələrin roluna toxunan nazir qarşılıqlı tərcümə prosesləri ilə Azərbaycan ədəbiyyatının Serbiyada, Serbiya ədəbiyyatının isə Azərbaycanda yayılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Səmimi qəbula görə nazirə təşəkkür edən Xəqani Həbiboğlu Azərbaycan mədəniyyətinin və ədəbiyyatının zənginliyindən danışıb və Serbiya yazarlarının əsərləri ilə yaxından tanış olduğunu bildirib. Tərəflər milli mədəni irsin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada təbliği istiqamətində görülən işləri yüksək dəyərləndirib.

Qəbulda mədəniyyət sahəsində maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Serbiyanın Belqrad Universitetinə dəvət edilən X.Həbiboğlu, orada fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində toplaşan, universitetin filologiya fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış edib. O, Azərbaycan poeziyasının tarixi, tanınmış şairləri və Azərbaycan poeziyasının xüsusiyyətləri barədə geniş məlumat verib, Azərbaycan və Serbiya ədəbiyyatı arasında oxşarlıqlardan bəhs edib. Sonra şair X.Həbiboğlu Azərbaycanın Belqraddakı Səfirliyini ziyarət edib.

Beş gün ərzində davam edən festival yerli və xarici KİV nümayəndələri tərəfindən geniş işıqlandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06