Arxiv
4 Noyabr 2018, 11:25 | ALLAH RƏHMƏT ELƏSİN
Hər zaman xatirələrdə yaşayacaq həkim Vahid Məmmədov - NEKROLOQ

Azərbaycan ictimaiyyətinə və səhiyyəsinə ağır itki üz verib. Respublikanın tanınmış nevropatoloqu, minlərlə adama şəfa bəxş etmiş, ümidsiz, əlacsız xəstələri həyata qaytarmış istedadlı həkim, uzun illər Sumqayıtın baş nevropatoloqu, şəhərin Bərpa xəstəxanasının baş həkimi, son illər isə Bakıdakı Bioloji Təbabət Klinikasında baş həkimin müalicə üzrə  müavini vəzifəsində çalışmış ali dərəcəli həkim, gözəl nurlu bir insan -  Vahid Məmmədov uzun sürən ağır xəstəlikdən (xərçəng...) sonra dünyadan köçüb.

 
Vahid həkimin yoxluğu ondan şəfa gözləyən yüzlərlə xəstə üçün, bütünlükdə Azərbaycan səhiyyəsi üçün əvəzsiz, çox ağır bir itkidir. İnanmaq olmur... 70 yaşı hələ yenicə tamam olmuşdu. O, bir həkim kimi hər zaman Hippokratdan da çox daha müqəddəs bir anda - uca Tanrı andına sədaqətli idi. Vahid həkim daim səcdə qıldığı uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamları, Allahın əziz bəndələri kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışırdı. Yüzlərlə, minlərlə xəstənin!.. Heyf ki, onun əsrin bəlası olan xəstəliyinə heç bir əlac olmadı.


...Vahid Haman oğlu Məmmədov ağır müharibə illərindən sonra - 1948-ci ildə Quba rayonundakı Qonaqkənddə dünyaya gəlmişdi. Hələ uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşadığından 1966-cı ildə orta mərktəbi qızıl medala layiq başa vuraraq, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. 1972-ci ildə ali məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra iki il Uzaq Şərqdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, leytenant rütbəsində hərbi həkim kimi Xabarovskdakı qospitalda çalışaraq, praktik təcrübəsini artırmış, əsgər və zabit heyətinə göstərdiyi yüksək tibbi xidmətə görə komandanlığın hörmət və nüfuzunu qazanmışdı. Gənc həkimin sənətinə vurğunluğunu, işə peşəkar və məsuliyyətli münasibətini görən briqada komandiri ona hərbi həkim kimi xidmətini davam etdirməyi təklif edərək, mənzil və yaxşı karyera vəd etsə də, Vahid Məmmədov öz doğma xalqına xidmət etməyi daha üstün tutmuşdu. 


Hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdaraq, Səhiyyə Nazirliyinin göndərişi ilə 1974-75-cı illərdə Sumqayıt Alüminium zavodunun tibbi-səhiyyə hissəsində, daha sonra isə 1984-cü ilin iyun ayınadək Sumqayıt şəhər 1 N-li xəstəxananın nevrologiya şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışmışdı.


O, 1981-ci ildə Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun refleksoterapiya kafedrasının nəzdində təşkil olunmuş, keçmiş SSRİ-nin bütün respublikalarının və hətta Türkiyə mütəxəssislərinin cəlb olunduğu, xarici ölkələrdən, həmçinin Çindən dəvət edilmiş professorların iynəterapiya və maqnitoterapiya kurslarında bu mütərəqqi metodları səylə öyrənmiş, məşhur Botkin xəstəxanasında zəngin təcrübə qazanmışdı.


Vahid həkim Moskvadan qayıtdıqdan sonra nevroloji xəstəliklərin müalicəsi sahəsində əldə etdiyi uğurlarının nəticəsi olaraq, 1984-cu ildə Sumqayıtda yenicə açılmış Bərpa-müalicə Xəstəxanasının nevrologiya şöbəsinin müdiri, 1992-ci ilin oktyabrında isə baş həkimi təyin edilmişdi.


Zəngin bilik və təcrübəyə, yüksək həkim peşəkarlığına malik olan Vahid Məmmədov 25 ildən artıq - 1981-ci ildən 2007-ci ilədək Sumqayıt şəhərinin baş nevropatoloqu olmuşdu. Onun rəhbərliyi ilə Sumqayıt şəhərində nevrologiya tsikli üzrə 10-dan artıq həkim-interna hazırlanmışdır ki, həmin həkimlər hazırda respublikanın müxtəlif şəhər və rayonlarında əhalinin sağlamlığı keşiyində dayanaraq, səmərəli fəaliyyət göstərirlər.


Vahid həkim 2007-2009-cu illərdə Abşeron rayon Mərkəzi xəstəxanasının Baş həkimi kimi respublika Səhiyyə nazirliyinin dəstəyi ilə rayonun 12 kənd və qəsəbəsində həkim ambulatoriyalarının yenidən qurulmasına, onların müasir tibb avadanlıqları ilə təchiz edilməsinə nail olmuşdu. 


40 ildən artıq davam edən çoxillik və səmərəli həkimlik fəaliyyəti dövründə öz gərgin əməyi, zəngin bilik və təcrübəsi ilə minlərlə əlacsız xəstəyə şəfa vermiş, yüzlərlə xəstəni yenidən həyata qaytarmış Vahid həkim son illərdə Bakı şəhər Bioloji Təbabət Klinikasında Baş həkimin müalicə üzrə müavini vəzifəsində çalışmışdı.


Vahid həkim Allah adamı idi və öz həyat, insanlıq borcunu da uca Yaradana, onun bəndələrinə sədaqətlə xidmətdə görürdü. Bir müsəlman kimi Allah qarşısında öz müqəddəs borcunu yerinə yetirmək - hər bir müsəlmanın ən müqəddəs arzusu olan Həcc ziyarətinə getmək üçün, dualarının qəbul olunması üçün o, düz 12 il ciddi səylə hazırlaşmalı olub - namaz qılıb, oruc tutub, qurbanlar kəsib, imkansızlara daim kömək edib.


Ancaq Vahid həkim Hacı olduğunu çoxlarına bildirmirdi. Bunu belə izah edirdi: "Həcc ziyarəti mənimlə o böyük Tanrı arasında olan ülvi bir məqamdır. Mən onun qarşısında öz müsəlman borcumu yerinə yetirməyə çalışmışam. Bunu hamının bilməsinə elə bir ehtiyac yoxdur". Odur ki, Hacı olduqdan sonra da çoxları ona "Hacı Vahid" yox, elə həmişə olduğu tək "Vahid həkim" deyə müraciət edirdilər. 


Bəli, o, daim qəlbində Allah sevgisi yaşatmış və bu sevgi ilə də uca Yaradanın dərgahına qovuşmuşdur.


Allah Vahid həkimə, o gözəl, nurlu İNSANa rəhmət eləsin!

 
Rəhman Orxan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Instagram”da yenidən problem yaranıb   17 İyul 2019, 00:44 İstanbula rekord sayda turist gəldi 17 İyul 2019, 00:26 Qazaxıstan Ukraynaya görə “Qazpromneft”lə əməkdaşlığı dayandırdı 17 İyul 2019, 00:09 Bu gecə ilin ikinci Ay tutulması olacaq 16 İyul 2019, 23:52 Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar” 16 İyul 2019, 23:43 “Həkimlər elə diaqnoz qoydular ki...” - Flora Kərimova 16 İyul 2019, 23:25 Onlarla ev su altında qaldı 16 İyul 2019, 23:08 Bərdədə iki qadını maşın vurdu 16 İyul 2019, 22:53 Avropa Komissiyasına yeni sədr seçildi 16 İyul 2019, 22:39 Azərbaycana qarşı təxribata əl atanlar cəzalandırıldı 16 İyul 2019, 22:18 Göyçayda gənc qadın özünü kanala atdı 16 İyul 2019, 22:04 “Biz azarkeşlərimizi sevindirmək istəyirik” - Qurban Qurbanov 16 İyul 2019, 21:39 Bakıda gənc oğlan bıçaqlandı 16 İyul 2019, 21:28 Ombudsman boşanmalardan danışdı 16 İyul 2019, 21:12 "Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" - Baş məşqçi 16 İyul 2019, 20:59 Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm 16 İyul 2019, 20:43 Diplomatların Bakı müzakirəsi 16 İyul 2019, 20:30 “Dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq” - Əli Nağıyev 16 İyul 2019, 20:17 Beynəlxalq Valyuta Fondunun baş direktoru istefa verdi 16 İyul 2019, 20:01 Quba və Xaçmaza infotur təşkil olunub 16 İyul 2019, 19:50 Bakıda axundu qətlə yetirən şəxsin istintaqı başa çatıb 16 İyul 2019, 19:42 İranda mikroavtobus aşıb, 11 nəfər ölüb 16 İyul 2019, 19:37 Almaniya silahlarının əsas müştərisi Türkiyədir 16 İyul 2019, 19:32 Metronun "Nərimanov" stansiyasında uşaq itib   16 İyul 2019, 19:25 Ələtdə 70 yaşlı kişi nəvəsi ilə birlikdə dənizdə boğularaq ölüb 16 İyul 2019, 19:11 Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdır 16 İyul 2019, 18:54 Şəkidə 2 azyaşlı yol qəzasında yaralandı 16 İyul 2019, 18:45 Serj Sarkisyan Baden-Badendən Yunanıstana getdi 16 İyul 2019, 18:32 Şəkidə turistlərlə bağlı növbəti insident – xəsarət alan yoxdur 16 İyul 2019, 18:19 Gəncədə BMT-nin də iştirakı ilə dinləmə keçirildi 16 İyul 2019, 18:16 Bakıda cərrahi əməliyyat olunan Qusar sakini bir həftə sonra öldü 16 İyul 2019, 18:06 Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı 16 İyul 2019, 17:55 Nigeriyada 10  türkiyəli dənizçi girov götürüldü 16 İyul 2019, 17:30 Məşhur iş adamı Xəzərin sahilini hasarladığına görə cərimələndi 16 İyul 2019, 17:24 Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır 16 İyul 2019, 17:20