Modern.az

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşdülər - YENİLƏNİB

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşdülər - YENİLƏNİB

Aktual

5 Dekabr 2018, 23:06

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakaryan arasında görüş keçirilib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva məlumat verib.

 

"Elə indicə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə görüş başlayıb", - deyə o, "Twitter"də yazıb.

Bundan əvvəl Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. 

Görüş yekunlaşandan sonra Elmar Məmmədyarov onun nəticələrini şərh edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı