Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGMŞ) dekabrın 12-də Gənclər və İdman Nazirliyinin konfrans zalında “Gələcəyə örnək ulu örnək həyatı” mövzusunda dəyirmi masa keçirəcək. Şuranın mətbuat xidmətindən bildirilib ki, tədbirdə
qurumun qzvü olan gənclərlə yanaşı, millət vəkilləri Fəttah Heydərov, Eldar İbrahimov, Əkrəm Abdullayev, Fuad Muradov, ziyalılar, hökümət və qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Mərasim mərhum Prezident
Heydər Əliyevin vəfatının 6-cı ildönümünü anma məqsədi daşıyır.