Arxiv
11 Yanvar 2019, 20:53 | AKTUAL
“Rusiya rəsmisinin bəyanatı  ikitərəfli strateji münasibətlərə ziddir” – XİN-DƏN RƏSMİ MÖVQE

“Rusiya Federasiyasının (RF) Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır və bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. Bir milyondan artıq insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”. Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli RF vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

 

 

“Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur”,- deyə Leyla Abdullayeva qeyd edib.

 

 

 

Leyla Abdullayevanın sözlərinə görə, Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır: “Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.

 

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir. Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisələri vardır. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

 

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun göstərilən məsələlər ilə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.

 

Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. RF XİN mətbuat katibi bəyan edib ki, “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

 

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcəkdir. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya Prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elçibəyin müşaviri vəfat eib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə  26 İyun 2019, 16:47 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40