Modern.az

Bakıda 36 yaşlı qadın itkin düşdü

Bakıda 36 yaşlı qadın itkin düşdü

10 Fevral 2019, 17:16

Bakıda qadın itkin düşüb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

 

Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Vaqif Babayev polisə müraciət edərək bildirib ki, fevralın 8-də səhər saat 10 radələrində onunla birgə yaşayan həyat yoldaşı, 1983-cü il təvəllüdlü Şəfa Babayeva yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir