Modern.az

Türkiyə Aralıq dənizində neft axtarışına başlayır

Türkiyə Aralıq dənizində neft axtarışına başlayır

Aktual

11 Fevral 2019, 20:02

Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq. Modern.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz bildirib.

 

Nazir qeyd edib ki, tədqiqat işlərinin aparılması məqsədilə fevralın 20-də seysmik kəşfiyyat gəmisi göndəriləcək.

 

F.Dönməz vurğulayıb ki, hər il iki quyunun qazılması və seysmik kəşfiyyat işlərinin aparılması planlaşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyənin 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışından nəticə əldə edəcəyinə ümid etdiyi bildirilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü