Modern.az

Rusiyada saxta pul kəsən azərbaycanlı tutuldu

Rusiyada saxta pul kəsən azərbaycanlı tutuldu

Aktual

11 Fevral 2019, 22:27

Rusiyanın Volqoqrad vilayətinin Voljski rayonunda saxta pul əsginaslarının satışında şübhəli bilinən 38 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  saxlanılan şəxs əvvəllər də analoji fəaliyyət səbəbindən həbs olunub.

 

Saxlanılan şəxs əməlini etiraf edib.

 

Məlum olub ki, o, Moskva şəhərində tanımadığı şəxsdən beş min rubl nominalları üzrə saxta pullar götürüb. Daha sonra azərbaycanlı bu pulları benzindoldurma məntəqələri və mağazalarda xərcləyib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azərbaycanlını səkkiz ilədək həbs və külli miqdarda pul cəzası gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü