Arxiv
20 Fervral 2019, 11:20 | AKTUAL
IADC-nin prezidenti Bakı Ali Neft Məktəbində

Bakı Ali Neft Məktəbində (BANM) Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors - IADC) rəhbərliyinin Ali Məktəbinin tələbələrilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə BANM-ın rektoru Elmar Qasımov, IADC prezidenti Jason McFarland, Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz, Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrə Regional təmsilçisi Hişam Zebian, IADC-nin rəsmi jurnalı olan “Drilling Contractor”-un redaktoru Linda Hsieh və BANM-ın Neft-qaz mühəndisliyi ixtisasının tələbələri iştirak ediblər.

Görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov  IADC-nin Azərbaycanda olan fəaliyyətini, o cümlədən BANM-ın tələbələrilə birgə işini yüksək qiymtələndirdiyini söyləyib. Rektor bildirib ki, IADC –nin mühəndislər üçün müxtəlif sosial layihələri həyata keçirməsi, onlarda xüsusi vərdiş və bacarıqları inkişaf etdirməsi və gələcək karyerlarına öz töhfəsini verməsi əvəzolunmaz xidmətlərdir.

IADC-nin prezidenti cənab McFarland söyləyib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi qazma əməliyyatlarının həyata keçirildiyi ölkələrdə sənaye üzrə yenilikləri və informasiyanı təmin etmək, bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc və təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaqdır.

IADC-nin Beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz bildirib ki, qeyr-kommersiya təşkilatı olan  IADC  tələbələrin bilik və bacarıqlarını kəşf etmək, onları bu sahədə fəaliyyət göstərən şirkətlərlə tanış etmək və əlaqələr yaratmaq məqsədilə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar təşkil edir.

Görüşdə çıxış edən IADC-nin Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski və Yaxın Şərq və Afrika regionu üzrə Regional təmsilçisi Hişam Zebian tələbələrə neft-qaz sənayesi üzrə gələcək karyeraları haqqında istiqamət verib, şəxsi təcrübələrini paylaşıblar.

Görüşün sonunda Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr qonaqlara çoxsaylı suallar ünvanlayıblar.  

IADC-nin prezidenti Jason McFarlandın rəhbərlik etdiyi nümayəndə heyəti BANM-ın kampusuna tur edərək Ali Məktəbin infrastrukturu ilə yaxından tanış olublar.      

Qeyd edək ki, 1940- cı ildən bəri fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36 Manat və dolların sabahkı məzənnəsi 20 May 2019, 17:21 Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi 20 May 2019, 17:20 Prezident "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırdı 20 May 2019, 17:18