Modern.az

Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov azadlıqda

Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədov azadlıqda

Aktual

16 Mart 2019, 16:47

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb:

 

1. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər.

 

Əfv olunanlar siyahısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, sabiq səhiyyə naziri Əli İnsanov, Nida Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Qiyas İbrahimov və Bayram Məmmədovun adları var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı