Modern.az

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   

Aktual

18 Mart 2019, 17:46

Prezident İlham Əliyuev Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:


“Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın”.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü