Arxiv
18 mart 2019, 19:36 | AKTUAL
İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

 

İnstitutdan Modern.az-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Novruz bayramı münasibətilə professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən səmimi arzularını çatdırıb.

 

C.Məmmədov bildirib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadiq qalıb, bu zəngin mənəvi sərvəti əsrlərlə yaşadıb və inkişaf etdirib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.

 

Rektor milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlılığını ifadə edib. C.Məmmədov vurğulayıb ki, mənəvi dəyərlərimizin, milli hisslərimizin oyanışının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur.

 

C.Məmmədov Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Rektor qeyd edib ki, Novruz Bayramı insanları bir-birinə yaxınlaşdırır, qohumlar bayramlaşır, küsənlər barışır, bayram süfrələri təşkil olunur. Bu bayram mənəvi xəzinəmizdir, ali dəyərimizdir, milli adət-ənənəmizdir.

 

C.Məmmədov bildirib ki, ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq, ölkəmiz illərdir, Novruz bayramını geniş şəkildə, rəsmi dövlət bayramı kimi qeyd edir.

 

Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, can sağlığı, bol ruzi-bərəkət, firavanlıq arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11 Jurnalistikaya qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır 22 İyul 2019, 11:09 Prezident Milli Mətbuat Günü münasibəti ilə paylaşım etdi 22 İyul 2019, 10:58