Modern.az

Efiopiyada terror – 5 nəfər öldü

Efiopiyada terror – 5 nəfər öldü

Aktual

19 Mart 2019, 18:05

Efiopiyanın Oromia əyalətində şəxsiyyəti müəyyən olunmayan terrorçunun ətrafa atəş açması nəticəsində ən azı 5 nəfər ölüb.

 

Bu haqda Modern.az xarici KİV-lərə istinadən bildirir.

 

Əyalətin Qərbi Volleqa zonasının Nejo rayonunda törədilən terror aktında ölənlərin iki nəfəri əcnəbilərdir. Oronia polisi onların hansı ölkənin vətəndaşları olması ilə bağlı məlumat verməyib.

 

Yerli polis, həmçinin terrorçunun şəxsiyyətini və cinayətin səbəbini də müəyyən etməyib.

 

Qərbi Oromia bölgəsi uzun illər Oromo Liberal Cəbhəsinin silahlı müqavimət hərəkatının mərkəzi olub. Sonradan bu hərəkatın liderləri silahların təhvil verilməsinə dair federal və yerli hökumətlə razılıq əldə ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı