Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.