Modern.az

Poroşenko Zelenski ilə debatın vaxtını açıqladı

Poroşenko Zelenski ilə debatın vaxtını açıqladı

Dünya

7 Aprel 2019, 23:54

Ukrayna prezident Petro Poroşenko prezidentliyə digər namizəd Vladimir Zelenski ilə debatın aprelin 14-də Kiyevin mərkəzi “Olimpiya” stadionunda keçirilməsini istəyir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Poroşenko “Ukrayna” telekanalına canlı müsahibəsində bəyan edib.

 “Aprelin 14-də Zelenskini onun arzusu ilə “Olimpiya” stadionunda gözləyirəm. Düşünürəm ki, debatın axşam 19:00 başlaması münasib vaxtdır. Mən bütün vətəndaşları, telekanalları, KİV nümayəndələrini debata dəvət edirəm”, - deyə Poroşenko əlavə edib.

 

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü