Modern.az

Deputat gənclərin işlə təmin olunması üçün dövlət qurumlarına çağırış etdi

Deputat gənclərin işlə təmin olunması üçün dövlət qurumlarına çağırış etdi

11 Aprel 2019, 14:23

“Dövlətçiliyimizin qısa və zəngin tarixində tələbə qəbulu prosesinin şəffaflığından Azərbaycan gəncinin dövlətə inamı başlayıb. Müxtəlif dövrlərdə idarəetmədə, müxtəlif sahələrdə neqativ hallara qarşı mübarizədə metodlar tətbiq olunub. Məhz tələbə qəbulu prosesinin şəffaflığı uzun illərdir davam edir.

 

Sözsüz ki, burada Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin də yanaşması və rolu olub. İndi isə bu proses bütün sahələri əhatə edir. Bütün sahələrdə işə qəbul test üsulu ilə həyata keçirilir və şəffaflıq təmin olunur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin  iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Əli Hüseynli deyib. Əli Hüseynli bildirib ki, dövlət qulluğunda yüzlərlə vakant yerlər mövcuddur, eyni zamanda yüzlərlə gənc mütəxəssis iş axtarır. “Çox maraqlıdır. Rəqəmin bu qədər böyük olduğunu təsəvvür edə bilməzdim”.

 

Parlament üzvü bir məqamı da xatırladıb: “2006-cı ildə birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdə idi. Mehriban Əliyeva orada təhsil alan azərbaycanlı gənclərlə görüş keçirdi, onlara dedi ki, ölkəyə qayıdın, işlə təmin olunacaqsınız. Həmin tələbələrin böyük əksəriyyəti bildirdi ki, ölkəyə gəlirik, amma iş tapa bilməyib geri qayıdırıq. Mehriban xanımın belə ideyası oldu ki, xüsusi bir bank, kadr reyesteri yaradılsın”.

 

Ə.Hüseynli vurğulayıb ki, dövlət qurumları istedadlı gəncləri işə dəvət etməkdə maraqlı olmalıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir