Arxiv
15 Aprel 2019, 12:58 | AKTUAL
Jurnalistikanın magistraturasında  oxumaq istəyənlərin NƏZƏRİNƏ!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

 

Bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytında qeydiyyatdan keçməli və 2019-cu il mayın 1-dən 3‑dək qabiliyyət imtahanı verməlidirlər.

Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan bakalavrlar seçə bilərlər.

 

Jurnalistika üzrə ixtisaslaşmalara qəbul olmaq istəyənlər 2019-cu il aprelin 16-dan 25-dək DİM-in internet saytının müvafiq səhifəsində həmin ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar “Sorğu anketi”ni  doldurub qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği  (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından  çıxılır.

Anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar 2019-cu il aprelin 28-dən 30-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2019-cu il mayın 1-dən 3-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

 

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər:

 

– şəxsiyyətini təsdiq edən sənədi;

–“Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

– dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);

– təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

 

Qeyd: Yuxarıda sadalanan sənədlərdən hər hansı birini gətirməyən bakalavrlar qabiliyyət imtahanına buraxılmırlar.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Mətbuat materialının təhlili yazılı formada yerinə yetirilir.

Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir:

Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

 

Şıfahi müsahibə;

Bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi.

İmtahanda hər bir bakalavrın cavabları müvafiq şəkildə protokollaşdırılır.

 

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

 

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələdliyini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və ümumi mədəniyyət səviyyəsini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirmədə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar verə bilərlər.

3. Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.

 

Bu yazılı tapşırıq Azərbaycan və ya rus dilində verilmiş mətnin təhlilini və redaktə edilməsini nəzərdə tutur. Bakalavr səhvləri tapır və düzəldir, etdiyi düzəlişləri izah edir, mətni redaktə olunmuş formada yenidən yazır. Mətni redaktə edərkən bakalavr ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.

 

Materialı təhlil və redaktə edərkən bakalavr aşağıdakı məsələləri əhatə etməyə çalışmalıdır:

mövzunun açılma dərəcəsi;

başlıq və məzmunun uyğunluğu;

materialın quruluş və formasına görə janrının müəyyənləşdirilməsi;

materialın yazıldığı janrın tələblərinə uyğunluq dərəcəsi;

yazının dil və üslub normaları baxımından təhlili;

səhvləri aradan qaldırmaqla materialın yenidən işlənilməsi.

Qeyd: Təhlil üçün materiallar tədris bölmələrinə müvafiq olaraq Azərbaycan və rus dillərində təqdim olunur.

 

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Biletin hər bir bəndi üzrə ən azı 3, bilet üzrə ümumilikdə isə 9 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar magistraturaya qəbul imtahanının ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41 Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ 27 İyun 2019, 10:39 Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir 27 İyun 2019, 10:35 “Ağac adam” qollarının amputasiyasını istəyir - FOTOLAR 27 İyun 2019, 10:28 Azərbaycandakı diplomatlar Şəkiyə getdilər 27 İyun 2019, 10:25 Bakı Şəhər Baş Polis İdarəsi reydlər keçirdi – xeyli sürücü cərimələndi 27 İyun 2019, 10:17 Sabiq baş prokurura 10 il iş kəsildi 27 İyun 2019, 10:14 “Sosial ödənişlər üçün vahid məbləğ müəyyən edilməlidir”  27 İyun 2019, 10:03 1 milyonluq saatın azərbaycanlı məmur oğluna məxsus olması xəbərinə rəsmi REAKSİYA: "Tam qərəzlidir" 27 İyun 2019, 10:02 Qərbi Kaspi Universitetində YENİLİK 27 İyun 2019, 09:56 Cəbhədə nisbi sakitlik müşahidə olunur 27 İyun 2019, 09:53 Masallıda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb 27 İyun 2019, 09:45 General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO 27 İyun 2019, 09:34 Deputatın toxunulmazlığı ləğv edilib - Parlament onun həbsinə razılıq verib 27 İyun 2019, 09:21 Milli Məclisin daha 2 gərgin iclası - 49 məsələ müzakirəyə çıxarılır  27 İyun 2019, 09:18 Türkiyədə 8 PKK-çı zərərsizləşdirildi 27 İyun 2019, 08:55 İspaniyada azərbaycanlının 1 milyonluq saatı OĞURLANDI 27 İyun 2019, 08:51