Arxiv
22 Aprel 2019, 12:03 | HADİSƏ
Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır - TƏHLÜKƏ

Paytaxtın mərkəzində, xüsusilə də şəhərətrafı qəsəbələrdə sahibsiz itləri görmək adi hala çevrilib. Baş verən xoşagəlməz hadisələrdən məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir.

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Hüseyn Məmişov küçədə sahibsiz itin hücumuna məruz qalıb. İt azyaşlının yanaq nahiyəsini parçalayıb, gözünə xəsarət yetirib. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb. Uşağa dərhal quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.

Bu kimi faktlar günü gündən artmaqdadır. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınır və ciddi müalicə olunmazsa, ölümlə nəticələnir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsidir.

Bu il fevral ayının 15-də Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” sahibsiz itlərə qayğı mərkəzi yaradılıb. 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır.

Görülən işlərə baxmayaraq hələ də sahibsiz itlərin artımı və yaratdığı təhlükə qalmaqdadır. Aidiyyəti qurumlar məsələnin kökündən həlli üçün əlavə tədbirlər görməlidirlər. Müxtəlif mənbələrin məlumatına görə hazırda paytaxtın ərazısındə 600 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır. Mövcud olan mərkəz tam şəkildə sahibsiz heyvanların yığılmasını təmin edə bilmədiyindən, paytaxtda əlavə mərkəz yaradılması mühüm əhəmiyyət kəsb edir.

Paytaxtda sahibsiz heyvanların artması sakinlərimiz, paytaxta gələn çoxsaylı qonaqlar üçün ciddi təhlükə yaradır. Qəsəbələrdə, yol kənarlarında deyil, şəhərin mərkəzində də sürü ilə gəzən itlərə rast gəlinir. Dənizkənarı Milli Parkın ərazisində, Bayıl və Ağ şəhər Bulvarlarında da belə xoşagəlməz mənzərələrə rast gəlirik. Yemək axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan sahibsiz heyvanlar istirahət mərkəzlərində dincələn vətəndaşlar, xüsusən də azyaşlı uşaqlar üçün ciddi təhlükə mənbəyinə çevrilir. Axşam saatlarında, işıqlandırmanın zəif olduğu məhəllədaxili yollarda sahibsiz itlərin qorxusundan insanlar evdən çıxmağa ehtiyat edirlər. Heç kim sahibsiz itlərin hücumundan sığortalanmayıb və bu insanlarımızın saqlamlığına açıq-aşkar təhlükədir. Məsələ burasındadır ki, özünü heyvanların müdafiəçisi adlandıran bir qrup qadın Ağ şəhər rəsmilərinin xahişilə Bulvara dəvət edilən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin işinə mane olub.

 

Amma o qadınlar unudurlar ki, qonşu ölkələr, eləcə də Avropanın heç bir paytaxt şəhərində küçələrdə sahibsiz dolaşan heyvanlara rast gəlinmir. Şəhər xidmətləri onların küçələrdən yığışdırılması və sonrakı taleyi il bağlı məsələləri operativ şəkildə həll edir. Hətta belə bir hal da mövcuddur ki, bəzi illərdə həddən artıq çoxalmış canavarların öldürülməsi ilə bağlı tədbirlər görülüb. Bəs biz nəyi gözləyirik, gözləyirik ki, Binəqədidəki hadisə başqa yerlərdə də baş versin, uşaqlar, böyüklər ziyan çəksin?!

Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər. Bu işlərdə adi vətəndaşlar da onlara kömək göstərməlidirlər. Burada isə əksinə olaraq bəzi vətəndaşlar sahibsiz heyvanları küçələrdən yığan şəxslərə mane olur, hansı səbəblərdənsə Balaxanıdakı Mərkəzin işini pozmağa çalışırlar. Onlar başa düşmürlər ki, xəstə, sahibsiz heyvanlar övladlarımız, elə özümüz üçün ciddi təhlükə mənbəyidir. Təəssüf olsun ki, polis də bu üzdəniraq müdafiəçilərə qarşə sərt tədbirlər görmür. Bəlkə sahibsiz heyvanlarla mübarızədə Avropa ölkələrində olduğu kimi onların öldürülərək sayının kəskin azaldılmasına nail olmaq lazımdır. Bəlkə bu yolla şəhərimizi sahibsiz itlərdən azad etmək mümkün olsun.

Qəribədir, ölkəmizdə itlərib öldürməyə icazə vermirlər, amma itin övladlarımızı öldürməsinə göz yumurlar! Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə biganə yanaşmayacaqlar...

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramiz Mehdiyev iki institutun strukturunu DƏYİŞDİRDİ 11 Dekabr 2019, 13:06 Dövlət Departamenti, Lavrov və Azərbaycan xalçası 11 Dekabr 2019, 13:04 Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA 11 Dekabr 2019, 13:03 İcra başçısı malları yanan sahibkarlara ÜMİD verdi 11 Dekabr 2019, 13:02 Sabah hava necə olacaq? - PROQNOZ 11 Dekabr 2019, 12:55 Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları AÇIQLANDI 11 Dekabr 2019, 12:49 Tural Gəncəliyev: “Beynəlxalq təşkilatlar daha Ermənistanın yalanlarına inanmır” 11 Dekabr 2019, 12:39 Bakıda evdən 20 min manat oğurlandı 11 Dekabr 2019, 12:37 İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - FOTO 11 Dekabr 2019, 12:30 ““EuroHome” bazarı sığortalanmayıbsa, bu halda FHN-nin də məsuliyyəti yaranır” - Ekspert   11 Dekabr 2019, 12:26 Əli Həsənov və Hacıbala Abutalıbov YAP-ın tədbirində - FOTOLAR 11 Dekabr 2019, 12:23 Fərid Şəfiyev: “Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil” 11 Dekabr 2019, 12:21 Müsavat Partiyası: “Biz Ayaz Mütəllibovu deyil, İsa Qəmbəri nəzərdə tutmuşuq” 11 Dekabr 2019, 12:10 “EuroHome”dakı yanğınla bağlı cinayət işi AÇILDI 11 Dekabr 2019, 11:57 "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video 11 Dekabr 2019, 11:53 Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə 11 Dekabr 2019, 11:50 Noyabrda Azərbaycana turist ən çox bu iki ölkədən gəlib 11 Dekabr 2019, 11:49 Azərbaycanda mərkəzi xəstəxana yandı - FOTO 11 Dekabr 2019, 11:46 “Qayıdış” qəsəbəsinin sakinləri pay torpağı ilə təmin olunub 11 Dekabr 2019, 11:45 Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin” 11 Dekabr 2019, 11:44 YAP nümayəndələri Heydər Əliyevin məzarını ziyarət ediblər 11 Dekabr 2019, 11:41 28 azərbaycanlı gənc Avropa İttifaqının qərarvermə prosesini təcrübədən keçirdi 11 Dekabr 2019, 11:31 Təhsil Nazirliyi Biləsuvar və Masallıya mediatur təşkil edib - FOTO 11 Dekabr 2019, 11:31 Dünyada daha bir müstəqil dövlət yarana bilər 11 Dekabr 2019, 11:30 Gələn ildən şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq - Nazir müavini 11 Dekabr 2019, 11:25 Rusiyada ukraynalı eks-naziri 7 il həbs cəzası gözləyir 11 Dekabr 2019, 11:22 Sabah Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ 11 Dekabr 2019, 11:16 40 yaşın mübarək, Emin! 11 Dekabr 2019, 11:14 Goranboyda yeni yaşayış binası tikilir 11 Dekabr 2019, 11:13 Ramiz Mehdiyev İlham Əliyevdən YAZDI: “O, ən kiçik eyhamların mənasını başa düşür 11 Dekabr 2019, 11:07 Əfqanıstanda ABŞ-ın hərbi bazasına kamikadze hücumu... 11 Dekabr 2019, 11:01 Əli Əhmədov YAP-ın namizədlər siyahısından DANIŞDI 11 Dekabr 2019, 11:00 Çempionlar Liqasının ən gənc qol müəllifi: “Stadiondakı səssizlikdən təəccübləndim” 11 Dekabr 2019, 10:59 Bakının bu rayonu susuz qalacaq 11 Dekabr 2019, 10:54 Bülletenlərin DSK-lara paylanmasına başlanıb - MSK 11 Dekabr 2019, 10:48