Arxiv
22 Aprel 2019, 16:40 | AKTUAL
Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edildi

Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsinə yeni dekan təyin edilib. Seçkiyə əsasən universitetin rektoru, akademik Kamal Abdullanın əmri ilə bu vəzifəyə professor Şahin Xəlilli təyin olunub.

 

Modern.az-ın məlumatına görə, Şahin Həmid oğlu Xəlilli 1973-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsini bitirib. 1976-cı ildən indiki Azərbaycan Dillər Universitetində əmək fəaliyyətini davam etdirir.

1985-ci ildə “Ceyms Oldricin yaradıcılığında Azərbaycan mövzusu”nda namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ildə “Yazıçı” nəşriyyatında “Ceyms Oldric və Azərbaycan” adlı monoqrafiyası çap olunub. Londonda ədibin evində kitabın təqdimatı keçirilib.

 

O, 1999-cu ildə Kembric Universitetində Britaniya yazıçılarının XXV seminarında iştirak edib. 2005-ci ildə “Azərbaycan-ingilis ədəbi əlaqələri (Qədim və Orta əsrlər dövrü)” adlı doktorluq dissertasiyasını müdafiə edib.

 

“Ədəbi əlaqələr işığında” (2002), “Azərbaycan – ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında” (2002), “Klassik poeziya və ədəbi əlaqələr. Azərbaycan – ingilis ədəbi əlaqələri” (2003) adlı kitab və monoqrafiyaların, magistr hazırlığı üçün “XX əsr Böyük Britaniya və Amerika ədəbiyyatı tarixi” fənni üzrə proqramın (2009), “Şekspirin sonetləri” (2009) dərs vəsaitinin, eləcə də “Shakespeare’s English Historic Plays” (həmmüəllif S.Magill. 2009), “British Literature. Medieval Ages” (həmmüəllif A.Tatli. 2012), “Britaniya uşaq ədəbiyyatı” (həmmüəllif Səadət Əliyeva. 2018) adlı dərs kitablarının, eləcə də “Ceyms Oldric və Azərbaycan” adlı toplunun müəllifidir.

 

“Britaniya adalarının xalq nağılları” şərikli tərcümə kitabı 1989-cu ildə “Gənclik” nəşriyyatında, ikinci dəfə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə 2005-ci ildə 25.000 tirajla “Öndər nəşriyyat”da çap olunub. XIX əsrin ingilis yazıçısı Ceyms Moriyerin “İsfahanlı Hacıbabanın macəraları” adlı romanının tərcüməsini 1993-cü ildə “Gənclik” nəşriyyatında 25 cilddən ibarət olan “Macəra və Fantastika kitabxanası” seriyası ilə nəşr etdirib.

 

“Yerin ulduzları” (1990), “Ürəyimdən keçənlər” (1996) uşaq şeirləri kitablarının müəllifidir.

 

2015-ci ildə Böyük Britaniyanın “Rossendale Books” nəşriyyat evində çapa hazırlanan “Ürək şəkilli yarpaqlar” (“Heart-Shaped Leaves”) adlı kitabı ABŞ-da nəşr olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30