Arxiv
23 Aprel 2019, 00:13 | AKTUAL
Saxta manatı necə tanımalı? - FOTO

2018-ci ildə Azərbaycanda 1126 ədəd saxta pul nişanı tədavüldən çıxarılıb. Bu, 2017-ci ilin göstəricisindən 14,8 faiz azdır.

Modern.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər.

Qeyd olunub ki, 2017-ci ildə tədavüldə 1322 ədəd, 2019-cu ilin birinci rübündə isə 275 ədəd saxta əsginas aşkar edilib:

”Azərbaycan Respublikasının mövcud pul nişanları ölkə Prezidentinin müvafiq fərmanı ilə həyata keçirilmiş denominasiya tədbirləri çərçivəsində 2006-cı il yanvarın 1-dən tədavülə buraxılıb. Tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq, bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması, istehsalı və saxtalaşdırmaya qarşı mübarizə sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı Mərkəzi bankları bu yeniliklərdən irəli gələrək, eləcə də pul nişanlarının saxtalaşdırılması ilə bağlı risklərin minimallaşdırılması tələblərini nəzərə alaraq, pulların dizaynının və mühafizə sistemlərinin yenilənməsini və daha yüksək standartlara uyğunlaşdırılmasını həyata keçirirlər”.

Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək 10 manatlıq pul nişanının əsas dizayn elementlərini saxlamaqla mühafizə sistemlərinin təkmilləşdirilməsini və daha mütərəqqi texnoloji elementlərin tətbiqi yolu ilə yenilənməsini həyata keçirib. Belə yenilənmələr pul nişanlarının təhlükəsizliyinin gücləndirilməsində təsirli rol oynayır.

 

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılıb. Bu pul nişanının nümunəsində saxta əsginasları əslindən fərqləndirməyə imkan verən mühafizə elementlərini görmək olar.

Azərbaycan Mərkəzi Bankı dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyalar nəzərə alınmaqla, pul nişanlarımızın dizayn və mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.

 

Əsginasın saxtasını düzəltməyin ən populyar yolu

 

Azərbaycanda saxta əsginasları daha çox skanerlərin, rəngli printer və kompüterlərin köməyi ilə düzəldirlər.

Əsginasın saxtalaşdırılması üsulları sırasında həqiqi pul nişanının müxtəlif hissələrindən ibarət nümunənin yaradılmasına da rast gəlinir.

 

Azərbaycanda daha çox hansı əsginaslar saxtalaşdırılır?

 

2006-2018-ci illərdə Azərbaycanda ən çox 1 manatlıq əsginaslar (34 faiz) saxtalaşdırılıb. İkinci sırada 5 (29 faiz), üçüncü yerdə isə 20 (13 faiz) manatlıq pul nişanları gəlir.

100 (11 faiz), 10 (7 faiz) və 50 (6 faiz) manatlıq əsginaslar daha az saxtalaşdırılır.

Saxta 200 manatlıq pul nişanları isə hələ aşkar edilməyib.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33 Ərdoğan xanımı ilə antik kəndi gəzdi - FOTO 19 Avqust 2019, 22:19 Azərbaycandakı “KQB agentləri” bir neçə qrupa bölünür - Gizli şəbəkə üzvləri... 19 Avqust 2019, 22:03 İran S-300-ün analoqunu yaratdı 19 Avqust 2019, 21:58 ABŞ qadağan olunan silahın sınağını keçirdi 19 Avqust 2019, 21:45 Masallılı gənc toyundan 11 gün sonra öldü - FOTO 19 Avqust 2019, 21:26 “Relaks”dakı dava belə başladı - VİDEO 19 Avqust 2019, 21:13 Elmar Məmmədyarov ABŞ-da oğluna toy etdi - FOTO 19 Avqust 2019, 20:56 Azərbaycanda neft hasilatı azalıb 19 Avqust 2019, 20:44 Bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb 19 Avqust 2019, 20:30 Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi 19 Avqust 2019, 20:18 Astarada 40 yaşlı qadın itkin düşüb 19 Avqust 2019, 20:05 Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR 19 Avqust 2019, 20:03 Göygöl polisinə yeni rəis təyin olundu   19 Avqust 2019, 19:49 Maşın oğrusu tutuldu 19 Avqust 2019, 19:38 Taqım komandirlərin hazırlıq məşğələləri yekunlaşdı - FOTOLAR 19 Avqust 2019, 19:29 Nazir müavini yol qəzasında öldü - FOTO 19 Avqust 2019, 19:17 "WhatsApp" da barmaq izinə keçir 19 Avqust 2019, 19:05 Mənim doğma universitetim...     19 Avqust 2019, 18:58 Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək 19 Avqust 2019, 18:46 Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO 19 Avqust 2019, 18:34 Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi   19 Avqust 2019, 18:22 Dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötdü - Azərbaycanda 19 Avqust 2019, 18:11 Bakı Metropoliteni qış qrafikinə keçir - Yeni dərs ilindən  19 Avqust 2019, 18:00 Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI 19 Avqust 2019, 17:43 Saxta içkilər istehsal edən sex aşkarlandı - FOTO 19 Avqust 2019, 17:35 General Vilayət Eyvazov əsgərlərlə birlikdə nahar etdi - FOTO 19 Avqust 2019, 17:32