Modern.az

Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB

Salyanda  çayda batan müəllimə intihar edib - YENİLƏNİB

Aktual

24 Aprel 2019, 21:22

Salyanda çayda batan qadın müəllimə olub. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Seyidsadıqlı kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

 

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

 

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

 

***

 

Salyanda bir nəfər çayda batıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin ”112” qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü