Modern.az

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Prezidentdən kömək istədilər

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Prezidentdən kömək istədilər

Aktual

6 May 2019, 15:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllimi ölkə Prezidenti İlham Əliyevə müraciət edib.

 

Müraciətin surətini Modern.az-a da ünvanlayan müəllimlər bildiriblər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 nəfər əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin il müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər.


“Müəyyən səbəblərə görə Universiteti tərk edən işçiləri qeydiyyata almadan, siyahıda qalan 27 nəfərin adına yenidən sənəd toplanıb, 2011-ci ildə torpaq və xəritəçəkmə komitəsinə təhvil verildi.

Lakin bizə verilən torpaq sahəsi yenə də əlçatmaz oldu.

Müəyyən olundu ki, 2016-cı ildən başlayaraq bizim seçdiyimiz bağçılıq-yoldaşlıq təsərrüfatının sədri İsmayılov Şöhrət Əhməd oğlu, keçmiş laborant Əzizova Vahidə Seyfəddin qızı ilə birləşərək, 27 nəfər işçinin yerinə 61 nəfərin adını öz xeyrlərinə dəyişdirərək, həmin sahələri qeyri-qanuni yolla torpaqları satmaqla məşğul olublar.

Torpaq sahələrinə baş çəkdikdə aydın oldu ki, hasara alınmış bir çox yerlərdə tikinti aparılıb”.


Müraciət müəlliflərinin sözlərinə görə, müəllimlər aidiyyətı dövlət qurumlarına ərizə ilə müraciət ediblər.

Ancaq dövlət qurumlarından müsbət bir nəticə görmədikdə, ölkə başçısına müraciət etməyə məcbur olublar.

Narazı müəllimlər eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Ramil Usubova teleqram göndəriblər.

Nəhayət 25 aprel 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının rəhbəri Azər Bəşirov bizə həqiqətdən uzaq, heç bir məntiqə söykənməyən, başdansovdu cavab verməklə, bu işdə günahkar olanların sanki müdafiəsində dayanmış və bununla da problemin həllini el dili ilə desək dağa dirəmişdir. Bu cavabdan bizə aydın olur ki, cinayətə əl atmış İsmayılov Şöhrət Əhməd oğlu, eləcə də, Əzizova Vahidə Seyfəddin qızını dolayısı yolla təmizə çıxarmaq istəmişdir. Bu da ona əsas verir düşünək ki, Əmlak  Məsələləri Dövlət Komitəsinin bəzi əməkldaşlarının,  İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızı ilə torpaqlarımızın mənimsənilməsində iştirakçı olmuşdur...

Şübhə yaranır ki, yəqin bizim qanuni haqqımız barəsində şikayətimiz Sizə doğru-düzgün çatdırılmayıb.

Onuda bildiririk ki, Cənab Prezident, Siz olan yerdə heç kəs bizim vətənimizə, dövlətimizə, dövlətçiliyimizə olan inamımızı sarsıda bilməz. İnanın ki, biz sizin sadiq əsgərlərinizik. 

Sizdən bir daha bu qanunsuzluğun ədalətli həllinə təsir göstərməyinizi xahiş edirik.

Hörmətlə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  müəllimləri:     

Əlizadə Məryəm, Əməkdar İncəsənət Xadimi, Sənətşünaslıq elmləri doktoru, professor 

Qasımov Məmmədsəfa, Xalq artisti, professor 

Şükürov Azad, Əməkdar artist, dosent 

Abdullayeva Yaqut, Əməkdar artist, dosent 

Quliyeva Gülsabah, Əməkdar artist, dosent

Bayramov Ağalar, Əməkdar artist, dosent

Əliyeva Zərifə, pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

Hüseynov Nadir, dosent 

Mehdiyeva Yaqut, dosent 

Abbasova Fazilə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

Qubadova Məsməxanım, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 

 Cabbarova Tamilla, dosent 

 Kərimova Alla, Baş laborant 

 Kərimova Gülfarə, baş laborant  

 Kərimova Fəxriyyə, tədris şöbəsinin müdiri 

 Səfərova Mahi, müəllim  

 Qocayev Qabil, Qarabağ müharibəsi veteranı.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü