Modern.az

Koçaryanın işinə yeni hakim baxacaq

Koçaryanın işinə yeni hakim baxacaq

7 May 2019, 11:14

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın cinayət işinə yeni hakim baxacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, çoxsaylı hakimlərin baxmaqdan imtina etdiyi cinayət işinə 52 yaşlı hakim David Qriqoryan baxacaq.

 

Uzun illər prokurorluq orqanlarında çalışan hakim müstəntiq köməkçisi, müstəntiq və prokuror müavini postlarında çalışıb.

David Qriqoryan 2013-cü ildə Syunik vilayətinin hakimi, 2016-cı ildən isə Yerevan məhkəmlərində hakim kimi çalışıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir