Arxiv
19 May 2019, 23:59 | AKTUAL
“OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü  iclasında cari ilin aprel ayı üzrə neft hasilatı ilə bağlı  Müştərək Texniki Komissiyanın hesabatı təqdim olunub.

 

Energetika Nazirliyindən Modern.az-a verilən məlumata görə, iclasda dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyaları müzakirə edilib. “OPEC plus” formatı çərçivəsində öhdəliklərin icra səviyyəsi təhlil edilib.

 

İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 % yerinə yetirilib. Ötən ilin dekabrında qəbul edilən qərarın yüksək səviyyədə icrası neft bazarına, xüsusilə neftin qiymətinə müsbət təsir göstərib: “Bütün bu müsbət məqamlar Əməkdaşlıq Bəyannaməsini imzalamış OPEC və qeyri-OPEC ölkələrinin birgə uğurudur. Məhz bu əməkdaşlıq, ümumi məqsəd naminə birgə fəaliyyət sayəsində dünya iqtisadiyyatının inkişaf tempinin zəifləməsi, qlobal neft bazarında ticarət məhdudiyyətləri, geosiyasi qeyri-sabitlik, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatlarının artması kimi risklərin olduğu bir vaxtda neft bazarı böhranla üzləşməyib”.

 

Qeyd edək ki, “OPEC plus” ölkələri tərəfindən öhdəliklər apreldə 168% yerinə yetirilib. Yanvar ayından may ayınadək öhdəliklərin orta icra səviyyəsi isə 120% olub. Bu göstəricilər 2018-ci ilin dördüncü rübü ilə müqayisədə qlobal iqtisadi inkişafa müsbət təsir edən amillər kimi dəyərləndirilib.

 

Nazirlərinin Birgə Monitorinq Komitəsi neft bazarı və makroiqtisadi inkişafın cari vəziyyətini təhlil edərək, ticarət danışıqları, geosiyasi problemlər kimi ciddi qeyri-müəyyənliklərin mövcudluğunu qeyd edib. “OPEC plus” Nazirlərinin iyun görüşünədək neft bazarının, xüsusilə də neft ehtiyatlarının monitorinqi və analizinin davam etdirilməsi məsləhət görülüb.

 

Nazirlərin Birgə Monitorinq Komitəsinin 15-ci iclasının isə iyunda Vyanada keçirilməsinə qərar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mədəniyyət nazirinin səlahiyyətləri kimə hvalə edilib? - Rəsmi AÇIQLAMA 25 May 2020, 11:09 Azərbaycanda faktiki HAVA 25 May 2020, 10:58 Qurban Qurbanov və “Qarabağ” dünya rekordçuları ARASINDA 25 May 2020, 10:49 Ruslan İzzətlini hərbi xidmətə apardılar 25 May 2020, 10:37 “TRT Rusca” xəbər kanalı açıldı 25 May 2020, 10:31 Muzey və qoruqlarda “açıq qapı” günləri başladı 25 May 2020, 10:26 Ağdaşda narkotik əməliyyatı 25 May 2020, 10:18 Polis aztəminatlı ailələrə sovqat apardı 25 May 2020, 10:14 Yanacaqdoldurma məntəqələrində benzin niyə EYNİ QİYMƏTədir? 25 May 2020, 10:13 Neftin qiyməti bahalaşır 25 May 2020, 10:07 Ərdoğan İlham Əliyevə zəng etdi 25 May 2020, 09:52 Qazaxıstan bütün hava limanlarını açır 25 May 2020, 09:47 Cəbhədə silhalar susmur - Rayonlarımız atəşə tutuldu 25 May 2020, 09:31 Bu Avropa ölkəsi koronavirusdan qurtuldu 25 May 2020, 09:23 Kiyevdə də metro açıldı 25 May 2020, 09:15 “Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ 25 May 2020, 09:12 Koronavirusa yoluxanların sayı 5 milyon yarımı ötdü 25 May 2020, 09:03 İtaliya çempionatı bu tarixdə bərpa olunacaq 25 May 2020, 08:57 Fransada 28 367 nəfər COVİD-19-un qurbanı olub 25 May 2020, 00:46 “Putin yenidən prezident seçilməyimi istəmir” - Tramp 25 May 2020, 00:33 ABŞ-da koronavirus qurbanlarının sayı 100 minə çatır 25 May 2020, 00:21 Moskvadakı atışmaya görə 9 nəfər saxlanıldı 25 May 2020, 00:04 Ağstafada gənc oğlan intihar edib 24 May 2020, 23:49 Daha 2 min Taliban üzvü azadlığa buraxıldı 24 May 2020, 23:30 Azərbaycanda bu kənd nəzarətə götürüldü 24 May 2020, 23:14 Koronavirus səbəbindən G7 sammitinin vaxtı dəyişdi 24 May 2020, 22:58 Zidan özünütəcrid qaydalarını pozdu 24 May 2020, 22:45 Rusiyada azərbaycanlı vəhşicəsinə qətlə yetirildi 24 May 2020, 22:29 Elmar Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı 24 May 2020, 22:15 Gəncə sakini bıçaqlandı 24 May 2020, 21:59 TİKA Tovuzda 150 aztəminatlı ailəyə bayram sovqatı verdi - FOTO 24 May 2020, 21:51 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA - FOTO 24 May 2020, 21:46 Türkiyədə daha 32 nəfər koronavirusdan öldü 24 May 2020, 21:31 Şahmat üzrə dünya çempionatı təxirə salındı 24 May 2020, 21:20 Yaponiyada COVİD-19-a yeni yoluxma halları artıb 24 May 2020, 21:06