Modern.az

Vətəndaş və İnkişaf Partiyası “Hüseyniyyə”nin bağlanmasını pislədi

Vətəndaş və İnkişaf Partiyası “Hüseyniyyə”nin bağlanmasını pislədi

Aktual

11 Yanvar 2012, 16:51

“Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının vicdan azadlğının məhdudlaşdırılmasına yönəlik artıq sistemli hala gələn addımlarını davam etdirməkdədir. Hakimiyyət ölkə Konstitusiyasında təsbit olunmuş vicdan azadlığı normalarının təmin olunmasına dair  çağırışlara əhəmiyyət verməyərək, vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər görmək əvəzinə, vəziyyətin daha da kəskinləşməsinə şərait yaradır”.  Bu barədə Vətəndaş və İnkişaf Partiyasının bəyanatında bildirilib.

VİP mətbuat xidmətinin yaydığı bəyanatda qeyd edilib ki, son dövrlərdə paytaxt Bakıda və ölkənin regionlarında müxtəlif süni bəhanələrlə çox sayda məscidlərin fəaliyyəti dayandırılıb və inanclı insanların ibadətinə anlaşılmaz tərzdə hələ də maneələr yaradılır.

“Bu günlərdə Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Hüseyniyyə” məscidinin bağlanması və son olaraq, Lənkəranda dindarlarla polis arasında qarşıdurmanın baş verməsi bu sahədə çox ciddi və təcili həll olunması gərəkən problemlərin olduğunu göstərir.
 Vətəndaş və İnkişaf Partiyası (VİP) “Hüseyniyyə” məscidinin bağlanmasnı və inanclı vətəndaşlarımızın ibadətinə imkan verilməməsini qətiyyətlə pisləyir. VİP ölkə hakimiyyətini növbəti dəfə vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır və bunun tərkib hissəsi olan vicdan azadlığının təmin olunmasını tələb edir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü