Arxiv
23 May 2019, 17:56 | AKTUAL
Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi  

Bir neçə gün öncə Bakı şəhərindəki 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edərək, qurumun jurnalist Həbibə Abdullanın təhqir olunmasına etiraz bəyanatına cavab vermişdi.

 

Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmov da direktorun etirazına cavab verib.  

Modern.az Əvəz Rüstəmovun cavabını təqdim edir:

 

"Mətbuat Şurasına 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin bu quruma ünvanladığı və Modern.az saytı vasitəsilə ictimailəşdirdiyi məktubu daxil olub. O, Şuranın “Afn.az” saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı məlumatına etiraz edib. Etiraz edə bilər, bu onun hüququdur. Ancaq direktora diqqətli olmağı tövsiyə edirik.

 

Əvvəla Şuranın məlum məlumatında konkret olaraq onun, yaxud da adı çəkilən digər şəxsin jurnalist Həbibə Abdullanı təhqir etməyi, ona hədə-qorxu gəlməyi iddia olunmayıb. Əsas mahiyyət jurnalistin MŞ-yə açıq məktubuna əsaslanıb və bildirilib ki, Şura jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Eyni zamanda bildirilib ki, bu sayaq informasiyaların ictimai rəydə özünə yer tapması söz və ifadə azadlığı baxımından yolverilməzdir. Buna görə də əlaqədar qurumlar jurnalist Həbibə Abdulla ilə bağlı məsələni araşdırmağa, zəruri tədbir görməyə çağırılıb.

 

T.Mirzəliyev məktubunda indiyədək kütləvi informasiya vasitələrində, o cümlədən H.Abdullanın çalışdığı «Afn.az» saytında özü barədə təhqiramiz, yalan və böhtan dolu materialların yayımlandığını vurğulayıb. Şura buna münasibət ortaya qoymamaqda ittiham olunub. Bildiririk ki, əgər direktor üzləşdiyi durumla əlaqədar Şuraya məktub yazsaydı, qurum özünün Nizamnaməsi ilə müəyyənləşmiş səlahiyyətlərindən irəli gələn tədbirləri həyata keçirə bilərdi. T.Mirzəliyevin indiki məktubunda guya MŞ-yə yuxarıda sadalananlarla bağlı nə vaxtsa rəsmi müraciət ünvanladığını bildirməsi yalandır. Nə 2019-cu, nə də 2018-ci ildə belə bir hal qeydə alınıb. O, göstərdiyi kimi, məhkəməyə üz tutub.

 

Digər tərəfdən, bu adam məktəb direktoru ampluasından çıxmış biridir. Daha çox konfliktlərlə yadda qalır. Onun Mətbuat Şurasına müraciəti, eləcə də bu müraciəti ictimailəşdirməsi əslində öyrəşdiyi konfliktli adam statusunun təsdiqindən başqa bir şey deyil. Görünür, üzdə olmaq üçün darıxır. Yaxşı olardı ki, əlaqədar dövlət qurumu onu məktəb direktoru yox, ictimaiyyət içərisində olan bir vəzifəyə təyin edərdi.

 

Ümumiyyətlə, T.Mirzəliyevin məktubundan anlaşılan budur ki, adam MŞ-nin iş xüsusiyyətləri barədə tam məlumatsızdır. Onun H.Abdulla ilə bağlı məsələdə Şuranın guya həmkar təəssübkeşliyi baxımdan davrandığını bildirməsi də bunun sübutudur. Mətbuat Şurasının cavab məktubunda MŞ-nin missiyası direktora ətraflı izah edilib. İnanıram ki, bir az korrekt olsa, cavabı qənaətbəxş sayacaq.

 

Mətbuat Şurası KİV əməkdaşları peşə fəaliyyətlərini yerinə yetirdikdə, yaxud peşə fəaliyyətləri zəminində hər hansı xoşagəlməz, qanunazidd rəftarla üzləşdikləri, buna dair şübhələrin yarandığı, həmçinin ictimai rəyi yanlış yönləndirmə ehtimalının olduğu hallarda müvafiq hüquqi instansiyalara müraciət ünvanlayır ki, əsl həqiqətlər üzə çıxsın. Şura H.Abdulla ilə məsələyə dair hüquq-mühafizə orqanlarına çağırış edib və inanır ki, qanuna müvafiq ölçü götürüləcəkdir.

 

Əlbəttə, biz istəmirik ki, jurnalist hansısa məsələdə günahkar olsun. Ancaq bu halda fərqi yoxdur kimdir günahkar. Tural Mirzəliyev, yaxud H.Abdulla. Yenə də deyirəm, Mətbuat Şurası üçün əsas olan jurnalistin təhqir olunduğuna dair məlumatın ictimaiyyətdə yayılmasıdır. Əgər bu məlumat yayılırsa, biz bunu doğuran səbəbin araşdırılmasında israrlıyıq. İstərdik ki, cənab Mirzəliyev məktub yazmazdan öncə bunu biləydi".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycanda yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02