Arxiv
24 May 2019, 16:23 | HADİSƏ
İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ

Azərbaycanda bu il Ramazan ayının ilk Qədr gecəsinin hansı tarixə təsadüf etməsi ətrafında mübahisəli məqam yaranıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvası əsasında mayın 6-da orucluğa başlayan inanclı insanlar ötən gecəni Qədr gecəsi bildiyi halda, QMİ-nin fərvasına məhəl qoymayıb mayın 7-dən oruc tutanlar Qədr gecəsini bu günə hesablayıb, şam azanından sübhə qədər oyaq qalacaqlarını - Əhya saxlayacaqlarını bildirirlər.

Hədis və rəvayətlərə əsasən, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir.

Maraqlıdır ki, bu il Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqvimində  Qədr gecələri kimi dörd gecə göstərilib: mayın 23-dən 24-nə keçən gecə, 25-dən 26-na keçən gecə, 27-dən 28-nə keçən gecə və 31-dən 1 iyuna keçən gecə.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O ilk öncə Qədr gecəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Qədr surəsində müqəddəs Quranın məhz Qədr gecəsi nazil edildiyi buyrulur:

“Quranda Allah peyğəmbərə deyir ki, ey peyğəmbər, sən də bilməzsən, Qədr gecəsi hansı gecələrdən biridir. Bunu peyğəmbər də bilmirsə, biz necə bilərik?

Sadəcə belə ehtimallar var ki, Əhya gecəsinin Ramazanın son 10 günlüyünə təsadüf etməsi daha məqsədəuyğundur. Bunu peyğəmbərimiz buyurub. Allah isə bunu gizlin saxlayıb ki, müsəlmanlar Ramazanın istənilən gününü Əhya gecəsi bilib, ibadət etsinlər”.

Mayın 6-da deyil, 7-də oruc tutmağa başlayanların olduğunu xatırladan F. Nurullayev izah edib ki, həmin möminlər Ramazanın 18-ci gününün axşamını Əhya gecəsi kimi hesablayır:

“Qədr gecəsi vacib əməl deyil, müstəhəb əməl sayılır və savabdır. Ona görə, bu əməli indi də, sabah da, iki gün sonra da edə bilərik. İnsanların Qədr gecəsinin nə zaman olması üzərində mübahisə etməyinə ehtiyac yoxdur. Hər gecəni Qədr gecəsi bilib, ibadət etmək olar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52 Manatın sabahkı məzənnəsi 17 Sentyabr 2019, 17:33 Heydər Əliyev Fondu Ağsu və İsmayıllı sakinlərini SEVİNDİRDİ - FOTOLAR 17 Sentyabr 2019, 17:24 Bərpa olunan enerji mənbələri müzakirə olundu 17 Sentyabr 2019, 17:17 “Ekologiya postu”na rəis təyin edildi 17 Sentyabr 2019, 17:13 Mübariz Qurbanlı: “Zəncirvurma Aşura keçirilən ölkələrdə özünü biruzə verir” 17 Sentyabr 2019, 17:07 UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb 17 Sentyabr 2019, 16:49 Universitet dekanı işdən çıxarıldı 17 Sentyabr 2019, 16:47 Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE 17 Sentyabr 2019, 16:32 Orta məktəb dərslikləri Milli Məclisdə tənqid olundu 17 Sentyabr 2019, 16:22 Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Ol yeni vəzifəyə təyin olundu 17 Sentyabr 2019, 16:20