Modern.az

Gədəbəydə sakinin gözünə bıçaq soxdular

Gədəbəydə sakinin gözünə bıçaq soxdular

Aktual

13 İyun 2019, 09:49

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin  sağ gözünün kəsilmiş göz  yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə  məlumat daxil olub.


Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Z. Allahverdiyevə  aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.


Faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü