Arxiv
17 İyun 2019, 20:37 | AKTUAL
TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır – Deputat yazır

Müstəqilliyinin artıq 28-ci ilini başa vurmaqda olan olan ölkəmiz ötən illər ərzində BMT başda olmaqla, dünyanın əksər ən nüfuzlu və regional təşkilatlarının bərabərhüquqlu və fəal üzvlərindəndir. Ölkəmiz hətta, bir neçə regional və beynəlxalq təşkilatların təsisçilərindən, təşəbbüsçülərindən və təşkilatçılarındandır. Bunlara misal olaraq, GUAM-ı, TDƏŞ-i, “TÜRKOY”-u, QDİƏT-i, həmçinin, TÜRKPA-nı qeyd etmək olar. Bu təşkilatların yaradılmasında, ərsəyə gəlməsində Azərbaycanın rolu və xidmətləri əvəzsizdir. Həm də burada ən sevindirici və əlamətdar məqam odur ki, Azərbaycan bu təşkilatların əksəriyyətinin ilk təşəbbüsçüsüdür. Çünki Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, daha effektiv və səmərəli əməkdaşlıq, tərəfdaşlıq imkanları yaradan regional tipli nüfuzlu qurumların yaradılmasında və həyata vəsiqə almasında maraqlıdır. TÜRKPA da məhz belə qurumlardandır. Türk dünyasının tərkib hissəsi və gözəl bir parçası olaraq, ölkəmiz zaman-zaman ayrı düşmüş və ayrı salınmış türk xalqlarının və türk cümhuriyyətlərinin bir araya gəlməsində, əməkdaşlığında və tərəfdaşlığında daim maraqlı olub. Bu istiqamətdə yalnız sözlərlə, vədlərlə, bəyanatlarla kifayətlənməyib, kokret əməli addımlarını atıb, töhfələrini verib. Çünki həqiqətən, bu gün əvvəlki dönəmlərdən də daha artıq dərəcədə türk xalqları və cümhuriyyətlərinin bir araya gəlməsinə, əməkdaşlığıana, dostluq və müttəfiqlik münasibətlərinə ciddi ehtiyac var. Dünyada və ətrafımızda yaşananlar, hər gün azalmaq əvəzinə artan gərginliklər bunu tələb və diktə edir. Ulu Öndərimiz Heydər Əliyevin ikinci hakimiyyəti dönəmindən başlayan bu yol, şərəfli missiya onun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də müntəzəm və mütəmadi şəkildə davam etdirilib, bu yolda, bu istiqamətdə bir an olsun fasiləyə, tərəddüdə yol verilməyib.

Bu gün Azərbaycanımız, doğma Bakımız Türk dünyasının artıq bir mənəvi-siyasi mərkəzinə çevrilib. Bunlar hamısı fəxr və qürür hissi doğuran məqamlardır. Məhz Azərbaycanın təşəbbüsü ilə parlament diplomatiyasının artırılması, türk xalqları, dövlətləri və parlamentləri arasında əlaqələrin daha da sıxlaşdırılması, intensivləşdirilməsi istiqamətində  atılan addımlardan biri olaraq, TÜRKPA-nın yaradılması və təsisinə qərar verildi. Belə ki, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası parlamentləri başçıları ilə imzalanan razılaşmaya müvafiq olaraq, 2008-ci il noyabr ayının 21-də qardaş və dost Türkiyənin ikinci əsas şəhəri olan İstanbulda  TÜRKPA-nın təsisi reallaşdırıldı. Həmçinin, 2009-cu il  sentyabrın 29-da TÜRKPA-nın 1-ci Plenar Sessiyası Bakıda keçirildi. Yığıncağın Tənzimləmələri, Katibliyin Nizamnaməsi və təşkilatın illik büdcəsi qəbul edildi, sessiyada Baş Katibin və onun müavinlərinin seçkisi həyata keçirildi. 2010-cu il aprelin 20-də Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Hökuməti və Türk dilləri danışan Ölkələrin parlament Yığıncağının Katibliyi arasında "Təşkilatçı Ölkə Razılaşmasını qəbul etdi və müvafiq qanun Azərbaycan trezidenti tərəfindən imzalandı. 2010-cu il mayın 24-də Azərbaycan Respublikasının Milli Məclisində TÜRKPA-nın ofisi açıldı.

Yəni bunları təfsilatı ilə qeyd etməkdə məqsədim odur ki, ötən 10-11 il ərzində TÜRKPA-nın daha da inkişaf etdirilməsi, türk dövlətlərinin və xalqlarının əməkdaşlığına, tərəfdaşlığına töhfə verməsi istiqamətində çox önəmli addımlar atıldı, çox böyük uğurlara nail olundu. Bu gün TÜRKPA artıq nüfuz qazanmış, xüsusi çəkiyə malik olmuş bir təşkilat olaraq, böyük rəğbət doğurmaqda, diqqət mərkəzinə gəlməkdədir. Bu quruma maraq, diqqət böyükdür.

Bu yerdə onu da qeyd edim ki, cəmi bir neçə gün öncə ölkəmiz, Milli Məclisimiz daha bir önəmli tədbirə, TÜRKPA-nın daha bir önəmli yığıncağına layiqincə ev sahibliyi etdi. Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrasda da bir daha qeyd edildi ki, TÜRKPA çərçivəsində bu proseslərə qadınların cəlb olunması, o cümlədən iştirakçılığın təmin edilməsi, kvotaların aradan qaldırılması çox vacibdir. Çünki qadınlar həm ölkədaxili, həm də beynəlxalq səviyyədə bərabər cavabdehlik, məsuliyyət daşımalıdır. Quruma üzv ölkələrin qadın parlamentariləri digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq qurmalı, bütün məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. DİM-ə çatmaq üçün kimsə kənarda qalmamalıdır, qadınların rolu artırılmalıdır.  Bir sözlə, dünyada gender bərabərsizliyinin aradan qaldırılmasında ortaya çıxan maneələri dəf etmək üçün bərabər fəaliyyət göstərmək vacibdir.

Bu baxımdan bir daha hesab edirəm ki, TÜRKPA-nın fəaliyyəti, bu qurum çərçivəsində əməkdaşlıq çox önəmli və vacibdir. TÜRKPA-nın verəcəyi töhfələr hələ qabaqdadır, çünki bu qurumun təməli möhkəm və sağlam əsaslar üzərində qurulub. Türk xalqları və dövlətlərinin varlığı mövcud olduqca, TÜRKPA da mövcud olacaq, bu quruma digər müstəqil türk cümhuriyyətləri və məmləkətləri də qoşulacaqlar. O gün uzaqda deyil.

 

Kamilə ƏLİYEVA,

Millət vəkili

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat həftəyə bu məzənnə ilə başladı 21 Oktyabr 2019, 08:17 Bakı-Qazax yolunda ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 00:31 Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO 20 Oktyabr 2019, 23:59 UEFA “Qarabağ”ı  8 min avro cərimələdi 20 Oktyabr 2019, 23:46 Abşeronda taksi 60 yaşlı kişini vurub 20 Oktyabr 2019, 23:33 Bakıda möhtəşəm konsert - VİDEO 20 Oktyabr 2019, 23:16 Badmintonçumuz beynəlxalq turnirinin qalibi olub 20 Oktyabr 2019, 22:48 ABŞ  5 min əsgərini Əfqanıstandan çıxarır 20 Oktyabr 2019, 22:30 Azərbaycanlı Rusiyada iki qızı bıçaqladı 20 Oktyabr 2019, 22:04 Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu 20 Oktyabr 2019, 21:43 Bakıda ağır qəza tıxaca səbəb oldu 20 Oktyabr 2019, 21:24 Azərbaycan əsilli milyarderin aktivləri dondurulur 20 Oktyabr 2019, 20:54 Avtobus qəzasında  24 nəfər həyatını itirdi 20 Oktyabr 2019, 20:36 Məktəblərdə bu səbəbdən tətil elan edildi 20 Oktyabr 2019, 20:18 "Neftçi"  "Qarabağ"la xal fərqini azaltdı 20 Oktyabr 2019, 20:02 Azərbaycan XİN-dən Avropa İttifaqının bəyanatına CAVAB 20 Oktyabr 2019, 19:28 Azərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0 20 Oktyabr 2019, 17:42 Oğuzda meşədə ağac kəsən kişi öldü 20 Oktyabr 2019, 16:55 Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİ 20 Oktyabr 2019, 16:02 Deputatlar Milli Şuranın icazəsiz mitinqindən DANIŞDI – “Bu, müxalifətin özü üçün də faydalı deyil”   20 Oktyabr 2019, 15:55 9 ayda 5662 sərxoş sürücü saxlanılıb 20 Oktyabr 2019, 15:37 Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41